ABŞ "cəhənnəm sanksiyası" tətbiq etsə... - Lavrovun cavabı

23:58 - 2 Dekabr 2021 - GÜNDƏM

 ABŞ

ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiqi ilə bağlı təhdidi göstərir ki, Qərb dialoq mədəniyyətini tamamilə itirib.

Buta.ws xəbər verir ki, bu sözləri RİA-ya açıqlamasında Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

ABŞ Dövlət katibinin müavini Viktoriya Nulandın “Rusiyaya indiyə qədər görünməmiş sanksiya tətbiq edilə bilər” sözlərinə cavab olaraq Lavrov bildirib:

“İndiyə qədər olan sanksiyalar arasında da əvvəllər olmayanlar var. Bizim Qərb həmkarlarımız dialoq mədəniyyətini, diplomatik danışıq mədəniyyətini, konsensusa gəlməyi, kollektiv maraqlar balansını axtarmaq imkanlarını tamam itiriblər. Onların istəklərinə qarşı azacıq nəsə olan kimi dərhal sanksiya tətbiq edirlər”.

Lavrov qeyd edib ki, Rusiya cavab verəcək:

“Cavab verməyə bilmərik. Necə cavab verəcəyik? Görəcəksiniz”.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol