USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Bezos: Ekologiyaya zərər vuran sənayeni kosmosa köçürək

12:27 - 24 İyul 2021 - SİYASƏT

“Amazon” şirkətinin təsisçisi Ceff Bezos ekologiyaya zərər vuran bütün sənayeni orbitə köçürməyi təklif edib.

Buta.ws xəbər verir ki, Bezos bununla Yeri çirklənmədən qorumağın mümkün olacağını söyləyib.

“Planetə baxanda sərhəd görmürsən. Bu, hər kəs üçün yeganə planetdir və kövrəkdir. Biz belə möhtəşəm planetdə yaşayırıq.

Planetin xilası üçün ekologiyaya zərərli bütün sənayeni kosmosa köçürmək lazımdır. Bunun reallaşdırılmasına on illərlə vaxt gedəcək, amma bunu etməyə başlamaq lazımdır”, – deyə o bildirib.


Kanalımızı izlə, ilk xəbərdar sən ol
Loading...

Digər xəbərlər