Azərbaycana yeni dələduzluq metodu gəlib - Ekspert

22:36 - 2 Dekabr 2021 - CƏMİYYƏT

 Azərbaycana yeni dələduzluq metodu gəlib - Ekspert

Azərbaycanda yeni bir dələduzluq metodu var. Əslində dünyada yeni deyil, illərdir var amma müşahidələrim və aşkarladığım hadisələr göstərir ki, bizim bazarda bu metod artmağa başlayıb.

Buta.ws xəbər verir ki, bu barədə ekspert Fərid Pərdəşünas Feysbukda paylaşım edib.

Ekspertin sözlərinə görə, xüsusən Feysbuk qruplarında açıq bazar gedir.

"Bəzi işbazlar və telefon satıcıları xaricdən gələn telefonların ucuz qiymətə IMEI qeydiyyatını aparırlar. Bu birbaşa IMEI klonlaması vasitəsilə həyata keçirilir. Əslində hazırda əlinizdə olan cihaz klonlanmış bir IMEI koduna da sahib ola bilər. Bu metodla işbazlar başqa cihazların və yaxud hazırda aktiv olan başqasına məxsus smartfonların IMEI kodlarını yeni gələn cihazlara klonlayıb satırlar. Nəticə necə olur? Əgər siz klonlanmış bir cihaz daşıyıcısınızsa bu sizin üçün real təhlükəlidir.

IMEI qeydiyyatlaırnı dövlətlər aparır və hər bir IMEI kodu cihaz vasitəsilə GSM danışıqlarının həyata keçirilməsi üçün cihazın kimlik kartı hesab edilir. Çalışın bu kodu başqaları ilə bölüşməyin. Azərbaycanda cihazlarınızın qeydiyyatını və yoxlanışını imei(az) saytı vasitəsilə həyata keçirə bilərsiniz”, – deyə ekspert qeyd edib.

 

Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol