Tofiq Yaqubluya qarşı edilən cinayətdir, dövlət adına ləkədir - Natiq Cəfərli

22:13 - 2 Dekabr 2021 - CƏMİYYƏT

 Tofiq Yaqubluya qarşı edilən cinayətdir, dövlət adına ləkədir - Natiq Cəfərli

Hakimiyyətin ağıllı siyasəti olsa bunu özü araşdırar, dünənki aksiyanın bütün "kodlarını" açar, cəzasını kəsər - amma etməyəcəklər.

Çünki, həqiqət üzə çıxsa çox adamlar şok olar, "poqonlara" bu sərf etməz, hər dəfə səmimi insan olan, amma heç vaxt siyasətçi olmayan Tofiq bəydən, onun mübarizliyindən istifadə edənlərin də iç üzü açılar. Aksiyanı kim təyin etmişdi? İki gənc - hər ikisi son illərdə "liberal sivil toplum" tərəfindən üstü çizilmiş insanlar (haqlı-haqsız, bunu qoyuram kənara), onların hansısa avtoriteti var idi ki, mitinq təyin etsinsər? Açığını desəm, yox idi. Bəs onlara nə lazım idi?! Bəlli çevrələrdə, xaricdə və daxildə reabelitasiya. Onlara kənardan təsir ola bilərdimi?! Mümkündür, amma sübutum yoxdur. Yaxşı, ölkədə belə aksiyalar təşkil edilındə kim həmişə öndə olur?! Tofiq Yaqublu. Niyə?!

Çünki, səmimi və mübariz insandır, aksiya onun üçün yeganə siyasi alətdir. Bunu hakimiyyət bilirdimi?! Təbii, onlar bizim hamımızı özümüzdən yaxşı tanıyır. Hakimiyyət bilirdimi ki, cəmi 50-60 adam olacaq, jurnalist sayı aksiya iştirakçılarından çox olacaq?! Təbii, bilirdi. Bu aksiyanı təhlükə sayırdımı?! Təbii ki, yox - belə aksiya təhlükə ola bilməz. Bəs hakimiyyətə nə lazım idi?!

Qorxu-hürkünü artırmaq. Hakimiyyət yekcinsdimi?! Xeyir, bu siyasi, iqtisadi olaraq mümkün deyil, hətta Şimali Koreyada belə mümkün deyil, hətta orda belə ayda bir generalı topa qoyub atırlar (hərfi mənada), çünki hansısa general arada öz oynunu qurmağa çalışır. Bir ildir biz xəbərdarlıq edirdikmi ki, son yaranan siyasi təmaslardan "poqonlar" narahatdır?! Edirdik. Niyə narahatdılar?! Çünki, 30 ilə yaxındlr ki, müxalifətlə, sivil toplumla onlar işləyir - bu isə onlara əlavə güc, nüfuz, pul gətirir. Onların 30 ildir işlədikləri insanlar da narahat idimi?!

Bəli, çünki "poqonlarla" işləmək onlara da sərf edirdi. Bu tipli hadisələr olanda, Tofiq bəyin vəhşilər tərəfindən döyüldüyü fotosunu görəndə insanın ağlına ilk nə gəlir?! Bəli, ilk o gəlir ki, siyasi təmaslar, dialoq söyləmləri fiksiyadır, immitasiyadır, rədd edilməlidir. Bu kimə lazımdır?! Bəli, "poqonlara" və onların 30 ildir kurasiyasında olan bəzi insanlara. Yaxşı bəs İlham Əliyev hara baxır?! Hə, əsas sual budur - Prezident Brüssel səfərindən öncə belə təxribat edənləri tapıb cəzalandırmayacaqsa, birdəfəlik "poqonlar siyasətinə" son qoymayacaqsa, deməli ölkədə sivil dəyişiklik yolu tam qapanmış olacaq, siyasi təmaslar mənasızlaşacaq, ancaq xaotik, hamının, əsas da məmləkətin itirəcəyi yol qalacaq. Brüsseldə nə müzakirə ediləcək?!

Bəli, AB ilə yeni saziş və Azərbaycan-Ermənistan arasında sülh quruculuğu, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəmizə inteqrasiyası. Yaxşı, öz indiki vətəndaşını vəşhicəsinə döyən ölkə, inteqrasiya etdiklərini nə günə qoyar, sualı çıxa bilərmi?! Bilər. Bəs bu sualın yaranması kimə yararlıdır?! Kremlə, onlar bu inteqrasiyaya və AB ilə sıx əlaqələrə həmişə mane olacaqlar. Moskvanın keçmiş SSRİ respublikalarında ən çox təsir göstərə bildikləri orqan həmişə hansı olub?! Bəli, "poqonlar". Nəhayət son sual - Xaosda ən çox kim dəbə, hörmətə minir, kim daha çox qazanır?! Bəli, əlində zopa, çiynində "poqon" olanlar...


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol