Bakıda sürücülər əlbəyaxa dava etdi - Video

19:46 - 6 May 2022 - HADİSƏ

 Bakıda sürücülər əlbəyaxa dava etdi - Video

Binəqədi-Balaxanı yolunda iki sürücü arasında əlbəyaxa dava baş verib.

Buta.ws Avtosfer.az-a istinadən xəbər verir ki, görüntülər digər avtomobillərdən birinin kamerasına düşüb.

"Ford" markalı 99-KM-243 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qəflətən yol çiyninə çıxaraq 99-XO-870 nömrəli London taksisinin sürücüsünə irad bildirib.

Aralarında mübahisə yarandığı üçün "Ford"un sürücüsü taksinin qarşısını kəsərək yerə düşüb və sürücüyə hücum çəkib.

Nəticədə hər iki sürücü əlbəyaxa davaya çıxıb. Digər nəqliyyat vasitələrinin sürücüləri isə onları ayırmağa çalışıb.

Sözügedən videonun görüntülərini təqdim edirik:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol