Magistral yollarda qışa hazırlıq başa çatıb - Rəsmi

21:32 - 2 Dekabr 2021 - CƏMİYYƏT

 Magistral yollarda qışa hazırlıq başa çatıb - Rəsmi

Azərbaycanda magistral və ucqar avtomobil yollarında qışa hazırlıq prosesi başa çatıb.

Buta.ws xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, magistral yollarda qışa hazırlıq oktyabrın 1-dən başlanıb.

"Agentliyin xüsusən dağlıq və dağətəyi rayonların ərazisində yerləşən məhdud məsuliyyətli cəmiyyətləri həmin ərazilərdən keçən yollarda nəzarəti gücləndirib. Aşırım hissələrdən keçən yollarda xidmət aparan təşkilatlar öncədən duz-qum ehtiyatları ilə təmin edilib, maşın mexanizmlər hazırlıqlı vəziyyətə gətirilib.

Bakıda hiss olunmasa da, ucqar ərazilərdə artıq noyabr ayından etibarən qar yağmağa başlayıb. Xüsusən də Murovdağ silsiləsindəki yollarda, Ömər aşırımında qarın yağması nəticəsində bəzi problemlər yaranmışdı ki, həmin problemlər də dərhal aradan qaldırılıb" - deyə qurum rəsmisi bildirib.

A.Nəcəfli deyib ki, buna baxmayaraq, sürücülər də qış fəslinə hazır olmalı, avtomobillərini qışa uyğun olaraq hazır vəziyyətə gətirməlidir. Əks halda, bizim tədbirlərimizə baxmayaraq, nasaz avtomobillərlə küçəyə çıxan sürücülər problem yaşaya bilərlər.

 

Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol