USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Toylar bu tarixdən qadağan oluna bilər - VİDEO

12:24 - 24 İyul 2021 - CƏMİYYƏT

Bir müddət əvvəl qonşu ölkələrlə yanaşı Azərbaycanda da delta ştammı aşkarlandı. Virusun mutasiyaya uğrayan digər növləri ilə müqayisədə daha ölümcül olan bu virus ölkədə ciddi narahatlıq yaratdı. Bəs görəsən qarşıdan gələn 4-cü dalğada bizi nələr gözləyir?

BUTA.WS xəbər verir ki, bu haqda ARB-24 kanalına danışan həkim Vasif İsmayıl 4-cü dalğanın 3-dən güclü olacağını deyib.

O, ölkədə əsaslı qapanmalara gedilməyəcəyini bildirib:

“Biricisi, 4-cü dalğa zamanı xəstələnmiş insanların immuniteti bitmiş olacaq. Bu isə 100 minlərlə insan deməkdir. İkincisi, artıq peyvənd vurduranların qoruyuculuğu bitəcək və onlar 3-cü doza vaksin vurdurmalı olacaqlar. Azərbaycanda 4-cü dalğa avqustun ortasından sonra gözlənilir. Biz bunu təxmini hesablamalarımızla görə bilirik.

Qapanmalar mütəq olacaq. Azərbaycanda 4-cü dalğa 3-cüdən daha güclü olacaq. Dövlət ciddi şəkildə hazırlıq görüb. Hazırda xəstəxanalarda yerlər kifayət qədərdir. Xeyli dərmanlar alınıb. Hər şey hazırdır. Buna görə də “Evdə qal” kompaniyası və iş yerlərinin bağlanması olmaya bilər. Şəxsi fikrimə gəlincə isə toylar və məclislər qadağan olunacaq. Bəlkə, idman salonları bağlanmadı”.


Kanalımızı izlə, ilk xəbərdar sən ol
Loading...

Digər xəbərlər