Yaşayış yerini tərk edən korona xəstəsi saxlanıldı

20:58 - 2 Dekabr 2021 - GÜNDƏM

 Yaşayış yerini tərk edən korona xəstəsi saxlanıldı

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Buta.ws-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Ramil Əliyevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.

Onun qanunazidd hərəkətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılması təmin edilib.

Həmin şəxs barəsində RPŞ-də araşdırmalar aparılır.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol