Subari: Saakaşviliyə 500 il həbs cəzası verilə bilərdi...

19:52 - 2 Dekabr 2021 - DÜNYA

 Subari: Saakaşviliyə 500 il həbs cəzası verilə bilərdi...

Heç kim Mixail Saakaşvilidən peşman olmasını tələb etmir, nə də onun günahlarını etiraf etməyə heç kimin ehtiyacı yoxdur, çünki hökmün ədalətli olması üçün kifayət qədər sübutlar var.

Buta.ws 24Nyus.ge-yə istinadən xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin özünüidarə komitəsinin sədri Sozar Subari Saakaşvilinin məhkəmə prosesini şərh edərkən deyib.

Onun sözlərinə görə, Mixail Saakaşvilinin şəxsi səfəri üçün bir gecədə 18 min dollar xərclənib:

“Məhkəmədəki iş çox ciddidir və bu istənilən demokratik ölkədə prezident və ya baş nazirin dəmir barmaqlıqlar arxasında qalmasına kifayət edər. Necə ki, Fransanın baş naziri arvadına maaş verdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili isə botoks və sağlamlıq prosedurlarına 721 min lari xərcləyib. Söhbət təbii ki şəxsi səfərlərə xərclənən pul vəsaitlərindən və prezidentə bir gecədə xərclənən 18 min dollardan gedir. Əgər indiki qanunlar Saakaşvilinin qəbul etdiyi kimi olsaydı, ona ən az 300-500 il həbs cəzası verilərdi. Bu gün onun dövründə qəbul olunan qanunları ləğv etdiyimiz üçün bizə təşəkkür etsin", - deyə S. Subari bildirib.

 

Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol