Məni korrupsiyada ittiham etmək... – Mişa

16:00 - 2 Dekabr 2021 - GÜNDƏM

 Məni korrupsiyada ittiham etmək... – Mişa

Mixail Saakaşvili dövlət vəsaitlərinin mənimsənilməsi işi üzrə məhkəmə iclasında çıxış edərək, bu ittihamları absurd adlandırıb.

Buta.ws xəbər verir ki, bu barədə gürcü mediasında məlumat yayılıb.

“Bunlar absurd və biabırçı ittihamlardır. Məni hamını yüksək səviyyədə qarşılamaqda ittiham edirlər. Bu gürcü instinktidir, ruslarda olmayan qonaqpərvərlikdir”, - deyə Saakaşvili bildirib.

O qeyd edib ki, Gürcüstan hakimiyyətinin onu həbsdə saxlaması və müxtəlif cinayətlərdə ittiham etməsi Rusiyanın maraqlarına xidmət edir:

“Mən islahatlara görə minnətdarlıq istəmirəm, lakin ədalətsizliyə dözə bilmirəm. Və Saakaşvilinin adı ilə bağlı "korrupsiya" sözünü qəbul etməyəcəyəm”.

Qeyd edək ki, ittihama görə, Saakaşvili prezidentliyi dövründə dövlət vəsaiti hesabına gödəkçələr və paltolar alıb, oğlunun təhsil haqqını ödəyib, kosmetik prosedurlar həyata keçirib, bahalı avtomobillər və təyyarələr icarəyə götürüb, qol saatı alıb.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol