USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

"Müğənnilər efirdə şirə dönür, hamını alçaldırlar" - Damla

15:25 - 22 İyul 2021 - MƏDƏNİYYƏT

"Elza Seyidcahan mənim adımı çəkərək ünvanıma sərt sözlər deyib. Yaşın böyük olması, Arif Məlikovun tələbəsi olması, bəstəkarlığı qarşımı kəsdi. Düşündüm ki, zəng edib ona ağıllı-ağıllı nə deyəcəm? Yaşıdlarım arasında kimləsə problem yaşasam, zəng edərəm. Təhdid, şantajla yox. Ortaq məxrəcə gələrəm ki, nədir problem”.

BUTA.WS xəbər verir ki, bu sözləri müğənni Damla “10-da görüşək” verilişində deyib. İfaçı həmkarları haqqında tənqidi fikirlər də səsləndirib:

“Çıxıb efirdə hansısa bir müğənninin bəsit ifasını, yaraşmayan geyimini tənqid etmərəm. Ad aldıqdan sonra insanın şərəfinə toxunmadan, alçaltmadan, sənət yoldaşımı efirdə qırmadan, qapalı formada fikrimi izah edərəm. Amma balta-bıçaqla, qırıcı sözlər demərəm. Hamımızın evdə valideyni, məktəbə gedən övladı var. Bir xəbər haqqımda çıxan kimi anam üçün narahat oluram. Şəkəri var, olmaz. Kiminsə məktəbə gedən uşağına niyə kənardan desinlər, anana, atana bunu dedilər. Onun psixologiyası?

Bizim şou-biznesdə çatışmayan odur ki, hər bir nifrəti, kini ekranda qusuruq. Ekran vasitəsilə şirə dönür, hamını alçaldırıq. Niyə bu var? Kimləsə problemim varsa, Ayda yaşamırıq, telefonumuz var, zəng edib aydınlaşdıraq".


Kanalımızı izlə, ilk xəbərdar sən ol
Loading...

Digər xəbərlər