Rusiya Ukraynanın Kiyev vilayətinə raket zərbələri endirib.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.
"Ümumilikdə şimal istiqamətindən 11 raket atılıb ki, bunlar "İsgəndər-M" və "İsgəndər-K" raketləridir. Bütün raketlər hava hücumundan müdafiə vasitələri ilə məhv edilib", - Zalujnı bildirib.