Özbəkistan hərbçiləri üç qırğızı güllələdi

11:26 - 6 May 2022 - HADİSƏ

 Özbəkistan hərbçiləri üç qırğızı güllələdi

Özbəkistan sərhədçiləri Qırğızıstanın 3 vətəndaşını güllələyiblər.

Buta.ws xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

“Cəlalabad vilayətinin Ala-Buka rayonunun Qırğızıstan-Özbəkistan dövlət sərhədinin ərazisində Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin sərhəd naryadları üç Qırğızıstan vətəndaşını güllələyib. Nəticədə hər üç Qırğızıstan vətəndaşı güllə yarasından ölüb. İnsidentin səbəblərini aydınlaşdırmaq üçün sərhəd nümayəndələrinin görüşü olub. Faktla bağlı əməkdaşlıq edən orqanlar da məlumatlandırılıb, araşdırmalara başlanılıb”,- məlumatda deyilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol