Rəsulzadənin ucaltdığı bayraq göylərdə dalğalanacaq - MHP

Rəsulzadənin ucaltdığı bayraq göylərdə dalğalanacaq - MHP

Tarix: Siyasət

1918-ci il mayın 28-də Məmməd Əmin Rəsulzadənin “Bir dəfə yüksələn bayraq bir daha enməz” deyərək ucaltdığı bayraq hər zaman göylərdə dalğalanacaq.

BUTA.TV xəbər verir ki, bu fikirlər Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqına ünvanladığı təbrikdə əksini tapıb.

“Azərbaycan Cümhuriyyətinin 105-ci ili mübarək olsun”, - təbrikdə bildirilib.