Zelenski səhv edir, bizə yox, Makrona desin - Təbrizli

10:28 - 28 May 2023 - GÜNDƏM

 Zelenski səhv edir, bizə yox, Makrona desin - Təbrizli

Ukrayna Prezidenti Vladimir Zelenskinin İran rejiminin əsirinə çevrilən xalqa müraciəti çox yanlışdır. Ötən beş il ərzində bu millət neçə dəfə qiyam edib, küçələrə çıxıb, etiraz edib.

Bu sözləri BUTA.TV-a milli fəal və güneyli yazar Elyar Təbrizli Ukrayna prezidentinin İran xalqına müraciətinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hər dəfə küçələrə çıxanda meydanda tək qalan, heç bir xarici qüvvədən dəstək görməyən xalqın daha nəyəsə etiraz etməyə taqəti qalmayıb:

“Benzinin bahalaşmasına görə 1500 nəfər öldü. Əl-Əhvaz bölgəsində susuzluğa görə millət küçəyə çıxdı, yüzlərlə insan güllələndi. Xalqın üzərinə ordu yeridildi. Bəlucların məsələsini görürük. Hər gün rəhmsiz şəkildə gəncləri edam edirlər. Türkmənlərin, qaşqayların torpaq məsələsi, Azərbaycanda Yekanad bölgəsində etiraz edən insanların cəzalandırılması, Urmu gölünün qurudulması, qadınların hərəkatında törədilən qırğınlar çox da uzaq tarixdə olan hadisələr deyil. Zelenski İranın bu durumunu və iqtisadi vəziyyətini gözə alaraq niyə bu millətə müraciət edir? Hakimiyyət demokratik bir sistem deyil və xalqın etiraz səsindən qorxub geri çəkilmir. Rejim militar hakimiyyətdir. Silah gücü ilə etirazları yatırdır".

O, Zelenskinin İran xalqı əvəzinə bir sıra Qərb ölkələrinə müraciət etməli olduğunu bildirib:

“Onlardan soruşmalı idi ki, niyə SEPAH-ın və mollaların övladları Britaniya banklarına milyonlar qoya bilib? Bu şəraiti onlar üçün kim yaradıb? Fransaya sözünü deməli idi: İranla işbirlikləri var. Böyük Britaniya və Avropa Birliyi SEPAH-ın terrorçu siyahısına salınmasına razı olmadı. Zelenski onlardan istəməli idi ki, Tehran hökumətini dəstəkləməkdən vaz keçsinlər. Görünür ki, İran rejimi Qərb ölkələrinin mənafeyini təmin edir. Qərbin dəstəyindən ilham alan rejim ömrünü uzadır və bölgədə, Ukrayna kimi savaşlarda günahsız insanların ölümünə bais olur. Qərb İranın nüvə silahının hazırlanması xaric bütün məsələlərdə, demək olar ki, Tehran hökumətinin yanındadır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol