Təl-Əvivdə on minlərlə insan mitinq keçirdi

01:10 - 28 May 2023 - GÜNDƏM

 Təl-Əvivdə on minlərlə insan mitinq keçirdi

İsrailin paytaxtı Təl-Əvivin mərkəzində Benyamin Netanyahu hökumətinin məhkəmə islahatlarına qarşı mitinqə toplaşıb.

BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etirazlar ardıcıl 21-ci həftədir ki, davam edir. Bu şənbə günü təşkilatçılar böyük şəhərlər də daxil olmaqla, İsrail boyu 150 yerdə mitinqlər keçirdiklərini elan ediblər.

Təşkilatçıların sözlərinə görə, bugünkü aksiyalarda ümumilikdə 230 minə yaxın insan iştirak edib. Təl-Əvivdəki etiraz aksiyasına müxtəlif hesablamalara görə, 80 minə yaxın fəal toplaşıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol