“Qəbələ” tarixində 8-ci dəfə avrokuboklarda!

19:36 - 27 May 2023 - GÜNDƏM

 “Qəbələ” tarixində 8-ci dəfə avrokuboklarda!

“Qəbələ” tarixində 8-ci dəfə avrokuboklara vəsiqə əldə edib.

BUTA.TV xəbər verir ki, "Qəbələ" Azərbaycan Premyer Liqasının XXXVI - sonuncu turunda “Kəpəz”lə heç-heçə edərək (1:1) buna nail olub.

Mövsümü 50 xalla dördüncü pillədə başa vuran Elmar Baxşıyevin yetirmələri “Sabah” və “Neftçi”dən sonra 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququna yiyələniblər. Çünki turun digər matçında “Sumqayıt”ı 3:0 hesabı ilə üstələyən “Zirə” xallarının sayını 50-yə yüksəltməsinə baxmayaraq, şəxsi görüşlərdəki üstünlük bölgə təmsilçisinin 4-cü yeri tutmasına səbəb olub.

“Qəbələ” digər komandalarla birlikdə Konfrans Liqasında II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol