Gəncə sakinindən 7 kq narkotik götürüldü

14:50 - 29 Mart 2022 - GÜNDƏM

 Gəncə sakinindən 7 kq narkotik götürüldü

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayonun Əhmədalılar kəndində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum edilmiş Yusif Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Buta.ws-a verilən məlumata görə, onun üzərinə və ona məxsus çantaya baxış keçirilən zaman 2 kiloqram 700 qrama yaxın marixuana, 2 kiloqram 300 qramdan artıq metamfetamin və 2 kiloqrama yaxın heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb və Y.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol