Kremldən Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına reaksiya

14:14 - 29 Mart 2022 - GÜNDƏM

 Kremldən Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına reaksiya

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına münasibət bildirib.

Buta.ws xəbər verir ki, o keçirdiyi mətbuat konfransında bununla bağlı sualı cavablandırıb.

"Bu, şəxsi emosiyalarla əlaqədardır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırardıq, xüsusən də bizim tərəfdaşlarımıza münasibətdə. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”, - o deyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol