USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Avtomobilin arxa şüşəsinə yazı yazan daha bir sürücü həbs edildi - FOTO

21:52 - 16 İyul 2021 - HADİSƏ

Avtomobilin arxa şüşəsinə yazı yazan daha bir sürücü saxlanılıb. “Facebook” sosial şəbəkəsində yayılan görüntülərdən sonra Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həmin sürücünün saxlanılması barədə Ekoloji nəzarət bölüyünə tapşırıq verilib. Avtomobil saxlanılan zaman məlum olub ki, sürücü konstruksiya ciddi dəyişiklik edib. 

İdarənin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, 90-PY-043 qeydiyyat nişanlı “Khazar” markalı  avtomobilin sürücüsü  Əlizadə İlahi Qəhrəman oğlu saxlanılan zaman avtomobilə baxış keçirilib. Məlum olub ki, sürücü avtomobilin asqı sisteminə ciddi dəyişiklik edərək arxasını aşağı salıb, eyni zamanda sürücünün görünüş dairəsinə düşən şüşələrə plyonka çəkib. Polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.3, 342.2.4 və 535-ci maddələri ilə protokol tərtib edilərək barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib. 

Namidan Piriyev bildirir ki, bu gün Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əlizadə İlahi Qəhrəman oğlu 15 gün müddətinə inzibati qaydada həbs olunub. 

 

Dövlət Yol Polisi hesab edir ki, avtomobillərin arxasına yazılan bu cür şüarlar insanlar arasında pis fikir formalaşdırmaqla yanaşı, eyni zamanda arxadan gələn sürüclərin fikrinin yayınmasına da səbəb olur. Bu yazıları oxuyan sürücülərin fikri yoldan yayındığı üçün qəzalara gətirib çıxara bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, belə yazıları şüşələrə yazmasınlar.



Loading...