USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Cəmi 44 gündə qazanılan qələbə... - Ərdoğan

21:45 - 16 İyul 2021 - SİYASƏT

Liviyada həm diplomatik, həm də hərbi baxımdan qazandığımız uğurlar yalnız Aralıq dənizində deyil, bütün dünyada kartların dəyişdirilməsinə səbəb oldu. 

Buta.ws xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

"Qarabağın azadlığı uğrunda mübarizədə azərbaycanlı qardaşlarımıza verdiyimiz böyük dəstək və cəmi 44 gündə qazanılan qələbə bir daha gözləri üzərimizə çəkdi. İndi başqa coğrafiyalarda bizimlə yürümək istəyən qardaşlarımızın yanında olmağa hazırlaşırıq.

Burada bir daha açıq şəkildə bildirirəm. Heç kimin torpağında, suverenliyində, birliyində və həmrəyliyində gözümüz yoxdur. Yalnız imperialistlərin və onların səriştəsiz rejimlərinin və terror təşkilatlarının basqısı altında inləyən qardaşlarımızın çağırışlarını dinləyirik və onlara qarşı tarixi məsuliyyətimizi yerinə yetiririk. Minlərlə, on minlərlə kilometr uzaqlıqdan gələn və öz siyasi və iqtisadi maraqları, təhlükəsizlik və rifah məsələləri üçün qan tökənlərdən fərqli olaraq, onları yaşatmağa davam edirik.

Türklər olan yerdə zülm olmaz. Türklərin olduğu yerdə məzlumlar göz yaşı tökmürlər. Türk olan yerdə yalnız güvən, sülh və firavanlıq olar. Bunun əksi yönündə bir nümunə də göstərilə bilməz. Bu səbəbdən millətimiz hər zaman dua edir ki, ordusu zəfərli, əsgərləri şanlı və ölkəsi güclü olsun", - Ərdoğan qeyd edib.


Kanalımızı izlə, ilk xəbərdar sən ol
Loading...

Digər xəbərlər