USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Vətəndaş məlumat verdi - “Patı” satan 7 nəfər tutuldu - VİDEO

11:30 - 15 İyul 2021 - KRİMİNAL

Daxili İşlər Nazirliyi ölkədə narkotik satışı ilə məşğul olan şəxslərə qarşı geniş əməliyyat keçirib.

DİN Mətbuat xidmətindən Buta.ws-a verilən məlumata görə, Binəqədi rayonunda paytaxt sakinləri Vüqar Hüseynov və Kamil Rəşidov saxlanılıblar. Onların üzərlərindən və Kamil Rəşidovun idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı ümumilikdə 9 kiloqram heroin və 1 kiloqram 50 qram “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin aşkar olunub.

İlkin dindirmə zamanı Vüqar Hüseynov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşının Binəqədi rayonu ərazisində əvvəlcədən yerləşdirdiyi yerdən satmaq məqsədi ilə əldə etdiyini bildirib. Vüqar Hüseynov həmyerlisi Kamil Rəşidovla birlikdə həmin narkotik vasitələri, yəni heroini və “patı” adlanan metamfetamini Bakı şəhərində müxtəlif ünvanlara qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satışını təşkil etməli imiş.Astara rayonunda narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yollarla gətirilməsini təmin etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şıxəli Fətullayev saxlanılıb.

Onun Astara rayonu ərazisində dağlıq və meşəlik sahədə gizlətdiyi yerdən ümumilikdə 5 kiloqram 385 qram heroin aşkar edilib.

Yevlax rayonunda isə narkotik vasitələrin qanunsuz olaraq kultivasiya ilə məşğul olan Səbuhi Məmmədov saxlanılıb. Onun yaşadığı Aşağı Qarxun kəndindəki evinin həyətinə baxış zamanı 9 kiloqram 450 qram qurudulmuş marixuana və 7 kiloqram 800 qram yaş halda çətənə kolu aşkar olunub. Səbuhi Məmmədov çətənə kollarını satmaq məqsədi ilə xüsusi qulluq edərək yetişdirdiyini bildirib.

Yasamal və Xətai rayonlarında saxlanılan Vüsal İbrahimov və Babək Ağayevdən, həmçinin, onların yaşadıqları ünvanlardan müvafiq olaraq 21 və 165 qram metamfetamin, eləcə də, heroin aşkar edilib.

Paytaxtın Nizami rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər əvvəllər məhkum olunmuş Elşən Əyyubov və Samir Əliquliyev saxlanılıblar. Onlardan ümumilikdə 7 qrama yaxın narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar olunub.

Nərimanov rayonunda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Azər Fətullayev saxlanılıb. Onun üzərinə baxış zamanı ümumilikdəm 725 qram heroin və “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin aşkar olunub.

Xəzər rayonunda narkotik maddələrin satışı ilə məşğul olan Binə qəsəbəsi sakini Cavid Cəfərov və Buzovna qəsəbəsi sakini Şahrza Məlikov saxlanılıblar. Onlardan müvafiq olaraq 150 və 67 qram heroin və metamfetamin aşkar olunub.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 27 kiloqramdan artıq narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Yasamal, Xətai, Nizami, Nərimanov və Xəzər rayonlarında həyata keçirilən əməliyyatlar Baş İdarənin sosial şəbəkələrdəki yeni yaradılan səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında həyata keçirilib. Həmin məlumatları göndərən şəxslərə Baş İdarə adından təşəkkürümüzü bildirik.


Loading...