Ukrayna və Rusiya nümayəndələrinə Ərdoğanın çağırışı

11:54 - 29 Mart 2022 - GÜNDƏM

 Ukrayna və Rusiya nümayəndələrinə Ərdoğanın çağırışı

Toplantılarımızın ölkələriniz, bölgəmiz və bütün insanlıq üçün xeyirli olmasını diləyirəm. Müzakirə prosesi sülhə dair ümidləri cücərdib. Görüşləri ürəkdən dəstəkləyirik. Ölkələriniz üçün böyük əmək sərf etdiniz və sərf etməyə davam edirsiniz. Sizləri şəxsən və millətim adına təbrik edirəm.

Buta.ws xəbər verir ki, bu sözləri Rəcəb Tayyib Ərdoğan İstanbulda Dolmabağça sarayında görüşən Ukrayna və Rusiya heyətləri önündə çıxışı zamanı deyib.

Ərdoğan Türkiyənin üzərinə düşəcək töhfəni verməyə hazır olduğunu bildirib:

“5-ci həftəsinə girən toqquşmalar bizi dərindən üzür. Hər iki tərəfi qoruyan mövqe sərgilədik. Türkiyə olaraq biz sülh və sabitlik üçün bölgəmizdə və ondan kənarda üzərimizə məsuliyyət götürməkdən heç bir zaman qaçmadıq, qaçmarıq. Ədalətli bir sülhün itirəni olmayacağına inanırıq. Bütün dünya sizlərdən gələcək xeyirli xəbərləri gözləyir. İşinizi asanlaşdıracaq hər cür töhfəni verməyə hazırıq. Davamlı, ədalətli bir sülhə nail olacağımıza əminəm. Sizlərin burada olması belə dünyada və ölkələrinizdə bir ümid səbəbidir. Hər biri dəyərli dostum olan prezidentlərinizə ən səmimi salamlarımı çatdırmağınızı rica edir, uğurlar arzulayıram”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol