USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Sumqayıtda yeni doğulmuş uşağı zibil qabına atıblar

00:00 - 7 İyul 2021 - HADİSƏ

Hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb

Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb. Buta.ws APA-ya istinadən məlumatına görə, hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb.

Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edilib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.

Faktla bağlı araşdırma aparılır.


Loading...