Bakıda körpə qızı ilə dilənçilik edən qadın saxlanıldı - Video

10:38 - 29 Mart 2022 - GÜNDƏM

 Bakıda körpə qızı ilə dilənçilik edən qadın saxlanıldı - Video

Nəsimi rayonunda himayəsində olan 2021-ci il təvəllüdlü körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb.

Bu barədə Buta.ws-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yevlax rayon sakini N.Abdullayeva Nəsimi Rayon Polis İdarəsinə (RPİ) dəvət edilib.

Araşdırma zamanı körpənin faktiki olaraq həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı, eləcə də baxımsız vəziyyətdə olduğu müəyyən edilib.

Uşaq müvafiq dövlət qurumlarının iştirakı ilə körpələr evinə yerləşdirilib.

Araşdırma zamanı bundan əvvəl də N.Abdullayevanın himayəsində olan daha 2 azyaşlı uşağını baxımsız vəziyyətdə qoyduğu, onların həyat və sağıamlıqlarını təhlükə altına atdığı, həmçinin dilənçiliyə sövq etdiyi üçün həmin uşaqların da ondan alınaraq dövlət himayəsinə verildiyi müəyyən edilib.

N. Abdullayeva barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol