Rusiya Türkiyədə əsas iki tələb irəli sürəcək

10:32 - 29 Mart 2022 - GÜNDƏM

 Rusiya Türkiyədə əsas iki tələb irəli sürəcək

Rusiya artıq atəşkəs danışıqlarında Ukraynanın denazifikasiyasını və demilitarizasiyasını tələb etmir.

Buta.ws xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Moskva Kiyevə heç bir bloka daxil olmamağı, nüvə silahından imtina etməyi tələb kimi qoyacaq. Bunun qarşılığında Kiyev AB üzvü ola və Rusiyadan təhlükəsizlik zəmanəti ala biləcək. Türkiyədə Ukrayna və Rusiya tərəfləri hərbi əməliyyatlara fasilə verilməsini müzakirə edəcəklər. Rusiyanın əvvəllər irəli sürdüyü tələblərdən daha biri Ukraynada rus dilinin hüquqi müdafiəsi də müzakirə edilməyəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna və Rusiya nümayəndələri bu gün İstanbulda danışıqlara başlayacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol