USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Nazir rüşvət aldığı iddia edilən DYP əməkdaşını cəzalandırdı - Video

11:56 - 1 İyul 2021 - CƏMİYYƏT

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Buta.ws-a açıqlamasında bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma yekunlaşıb:

"Həmin polis əməkdaşının rüşvət alması faktı təsdiqlənməyib. O, xidmət zamanı sürücü ilə lüzumsuz danışıqlara, yersiz hərəkətlərə yol verdiyinə görə intizam qaydasında cəzalandırılıb".


Loading...