Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azərbaycanda əsgər anasını öldürən molla: cinayəti uşaq aşkarladı - TƏFƏRRÜAT

Hadisə
Azərbaycanda əsgər anasını öldürən molla:     cinayəti uşaq aşkarladı - TƏFƏRRÜAT

Aprelin 28-də Lerik rayonunun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində qətlə yetirilməsi ilə bağlı təfərrüatlar məlum olub.


Buta.ws bildirir ki, qətlə yetirilən qadının yaxınlarının Trend-ə verdiyi məlumatına görə, Z. Fərzəliyevanı öz qohumu öldürüb:


"1971-ci il təvəllüdlü Mürad Əsgərov qadının evinə əvvəllər də hücum edərək onunla cinsi əlaqədə olmağa cəhd edibmiş. Lakin onun cəhdi alınmayıb. Z.Fərzəliyeva 3 uşaq anasıdır, bir oğlu cəbhə bölgəsində həqiqi hərbi xidmətdə, bir oğlu isə Bakıda işləyir. Qadının bir oğlu isə yanında qalırmış. Z.Fərzəliyevanın həyat yoldaşı isə mövsümi işlə bağlı Rusiyada işləməyə gedib.


Hadisə baş verən gün Murad Əsgərov kənd ərazisində özünəməxsus torpaq sahəsində işləyərkən Z.Fərzəliyevanın oğlunun meşəyə odun yığmağa getdiyini görüb. Fürsətdən istifadə edən M.Əsgərov qadının evdə tək olduğunu bilib və onun evinə gedib. Evə daxil olan M.Əsgərov cibindəki bıçaqla qadını qorxudaraq onunla cinsi əlaqədə olmasını tələb edib. Qadın qışqıraraq evdən qaçmağa cəhd edərkən M.Əsgərov onu boğazından tutmaq istəyərkən bıçaq qadının boğazına batıb. Qadına xəsarət yetirdiyini görən M.Əsgərov işin üstünün açşılacağını düşünüb və bu məqsədlə də qadını qətlə yetirərək izi itirmək istəyib. Bu məqsədlə M.Əsgərov yaralı qadına ürək və boğaz nayihəsindən 7 bıçaq zərbəsi endirərək onu xüsusi amansızlıqla qətlə yetirib hadisə yerindən qaçıb".


Qohumlarının dediyinə görə, M.Əsgərov qətlə yetirdiyi qadının qohumudur: "Zəkifə Muradın qardaşının baldızıdır və Muradın qardaşıgil Şirvan şəhərində yaşayır. Murad özü də Şirvan şəhərində yaşayıb və son 15 ildə Lerik rayonuna köçüb. Kəndə köçəndən Murad kənd qəbirstanlığında yasin oxumaqla pul qazanırmış".


Məlumata görə. qətl hadisəsinin üstünü də azyaşlı uşaq açıb: "Murad əlləri qanlı baldızıgilin həyətyanı sahəsinə gəlib əlləri və üstündəki qan izlərini yuyanda baldızının 5 yaşlı oğlu onu görüb. Uşaq axşam saatlarında evdə olarkən valideynlərinə məlumat verib ki, Murad əlləri və üstü qanlı halda onların həyətinə gəlib yuyunub. Bundan sonra hadisənin üstü açılıb və ailə polisə məlumat verib. Polis uşaqla söhbət aparandan sonra Murad Əsgərov şübhəli şəxs qismində saxlanılıb. O, polisə hadisəni törətdiyini etiraf edib.


Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Hadisə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla