Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azad Rəhimov vəfat edib - Milli Olimpiya Komitəsi məlumat yaydı

Ölkə
Azad Rəhimov vəfat edib     - Milli Olimpiya Komitəsi məlumat yaydı

Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin feysbuk səhifəsi məlumat yayıb.

"Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan mərhuma rəhmət diləyirik", - deyə rəsmi açıqlamada bildirilir.

Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. O, təhsilini 1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbinin birinci sinfində başlayıb. 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib. Həmin il Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olub. 1986-cı ildə həmin fakültəni bitirib.

Azad Rəhimov iş təcrübəsinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1987–1989-cu illərdə Azərbaycan LKGI Xətai rayon komitəsində şöbə müdiri, 1989–1990-cı illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib.

1994-1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixinədək "İtaldizain" Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində çalışıb.

O, Azərbaycan Prezidentinin 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib.

Azad Rəhimov Azərbaycan Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

A.Rəhimov ABŞ-da müalicə alırdı.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla