Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

ABŞ yenidən Qarabağda münqişənin həll prosesinə qoşulmaq istəyir - Nələri dəyişə bilər?..

Siyasət
ABŞ yenidən Qarabağda münqişənin həll prosesinə qoşulmaq istəyir - Nələri dəyişə bilər?..

Rusiyadan fərqli olaraq, ABŞ Dağlıq Qarabağ münaqişəsinin bir dəfəlik həllində nə qədər maraqlı ola bilər?..

 

Politoloq: “Düşünümürəm ki, ABŞ-da münaqişənin həlli ilə bağlı hansısa konsepsiya var. Vaşinqton da Moskva kimi münaqişəni tərəflərə təzyiq və regiona nüfuz etmək vasitəsi olaraq görür”. 

“Hələlik belə görünür ki, Rusiyanın təsir imkanlarının olduğu bölgələrdə ABŞ da israrla iştirak etməyə və bu proseslərdə yer almağa çalışır.”.

Bu sözləri politoloq İlyas Hüseynov ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Corc Kentin Qarabağla bağlı səsləndirdiyi fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Bakı və Yerevan maraqlı olduğu təqdirdə, ABŞ münaqişənin nizamlanmasında Ermənistana və Azərbaycana kömək etməyə hazırdır. “Azadlıq” radiosunun Ermənistan xidmətinin məlumatına görə, bu barədə ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent onlayn seminarda bildirib.

Onun sözlərinə görə, ABŞ Minsk Qrupunun həmsədri qismində sülhün axtarışında iştirak edə bilər. Amma ABŞ-ın iştirak dərəcəsi Bakıdan və Yerevandan, habelə Moskvanın siyasətindən asılıdır.

Rusiya “atəşkəs şərtlərini Minsk Qrupu mexanizmilə razılaşdırmamaq qərarına gəlib”, “bunu birbaşa üçtərəfli formatda (Rusiya-Azərbaycan-Ermənistan) edib”, deyən Corc Kent, həmçinin Rusiyanın Dağlıq Qarabağda münaqişəni nizamlamağa yox, yenidən dondurmağa can atdığını bəyan edib. Eyni zamanda Dövlət Katibinin müavini Bakı və Yeravanın razılığı olarsa, ABŞ-ın münaqişənin həllində iştirak etmək istədiyini qeyd edib.

ABŞ rəsmisi onu da vurğulayıb ki, regionda təhlükəsizlik üçün əsas təhdid Ermənistanın və Azərbaycanın yekun status haqqında razılığa gəlməyə hazırlığı məsələsidir:

“Azərbaycan müharibənin qalibi qəbul edilə bilər, amma dörddə bir əsr əvvəl Ermənistan birinci müharibənin qalibi olduğu zaman olduğu kimi, bu, böhranın həllinə səbəb olmur”, deyə Kent qeyd edib. Eyni zamanda, Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşması məsələsində “əlverişli imkanlar yaranır”. “Ola bilər ki, bu, bu ay, bu il yox, gələcəkdə baş versin”, deyə Kent bildirib.

Rusiyadan fərqli olaraq, ABŞ Dağlıq Qarabağ münaqişəsinin bir dəfəlik həllində nə qədər maraqlı ola bilər və Vaşinqtonun yenidən həll prossesinə qoşulması hansı dəyişikliklərə, o cümlədən münaqişənin birdəfəlik həllinə yol aça bilər?

ABŞ-ın yenidən Qarabağ prosesinə qoşulmaq cəhdini PİA.az-ın əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Bölgədə yekun sülhə nail olmaq üçün ilk öncə Ermənistan qonşularına qarşı ərazi iddialarından vaz keçməli və səmimi qonşuluq siyasəti yürütməlidir. Yekun sülh üçün bu zərurəti Vaşinqtonda necə görürlər?”.

ABŞ-ın istənilən halda Qafqazda cərəyan edən proseslərdə iştirak etmək niyyətinin olduğunu bildirən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bunun hansı formada təzahür edəcəyi bir sıra sual doğurur:

“ABŞ regionda olan problemlərə etinasız yanaşmır və problemlərin beynəlxalq hüquq müstəvisində həllinin tərəfdarı kimi çıxış edir. Eyni zamanda uzun müddətdirki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ABŞ ATƏT-in Minsk qrupu həmsədrləri formasında iştirak edirdi. Amma təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti qənaətbəxş sayıla bilməz. Bu Minsk qrupu BMT qətnamələrinin icrası ilə bağlı fəaliyyəti həyata keçirmədi və müxtəlif səbəblərdən yubadılırdı. Həmsədrlərin daim vurğuladıqları məsələ ondan ibarət idi ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir. Amma status-kvonun dəyişməsi üçün heç bir həmsədrlərin fəaliyyəti müşahidə olunmadı.

44 günlük Vətən müharibəsindən sonra da ABŞ regionda iştirak etmək, burada olan proseslərdən kənarda qalmamaq üçün bir sıra təşəbbüsləri və fəaliyyəti ilə seçilir. Eyni zamanda biz qlobal miqyasda ABŞ və Rusiyada olan ziddiyyətlərin də şahidi oluruq. Bu ziddiyyətlər müxtəlif formalarda və müxtəlif coğrafiyalarda təzahür edir. Həmçinin ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçi Corc Kent Qarabağla bağlı məsələyə fikir bildirib. O, Rusiyanın fəaliyyətinə toxunub və işarə edib ki, Rusiya münaqişənin həllində maraqlı deyil, buna görə də indiki status-kvonu uzun müddət dəyişməz olaraq qalmasını istəyir.

İlyas Hüseynov: “Gələcək perspektivdə ABŞ-ın hansı formada nizamlanma və tənzimlənmə prosesində iştirakını biz izləyib görəcəyik”.

Digər tərəfdən isə, dövlət katibinin müavini Bakı və Yeravanın razılığı olarsa, ABŞ-ın münaqişənin həllində iştirak etmək istədiyini vurğulayıb. Qeyd edim ki, bu məsələdə həm Cənubi Qafqazın geosuyasətində iştirak edən dövlətlərə, həm də sülhməramlı qismində bölgəyə yerləşdirilən kontingentin roluna diqqət ayırmaq lazımdır.

Belə görünür ki, ABŞ-ın istənilən halda Qafqazda cərəyan edən proseslərdə iştirak etmək niyyəti var. Bunun hansı formada təzahür edəcəyi bir çox  sual doğurur. Misal üçün bildiyimiz kimi, Bakı Qarabağın yekun statusunun həll olunduğunu deyir. Vaşinqton bu məsələdə necə davranacaq və Azərbaycanın unitar ərazi bütövlüyünü müdafiə edəcəkmi? Bölgədə yekun sülhə nail olmaq üçün ilk öncə Ermənistan qonşularına qarşı ərazi iddialarından vaz keçməli və səmimi qonşuluq siyasəti yürütməlidir. Yekun sülh üçün bu zərurəti Vaşinqtonda necə görürlər?

Düşünümürəm ki, ABŞ-da münaqişənin həlli ilə bağlı hansısa konsepsiya var. Vaşinqton da Moskva kimi münaqişəni tərəflərə təzyiq və regiona nüfuz etmək vasitəsi olaraq görür. Bu üzdən də münaqişənin donmuş vəziyyətdə qalması onların da maraqları çərçivəsindədir.

Hələlik belə görünür ki, Rusiyanın təsir imkanlarının olduğu bölgələrdə ABŞ da israrla iştirak etməyə və bu proseslərdə yer almağa çalışır. Gələcək perspektivdə ABŞ-ın hansı formada nizamlanma və tənzimlənmə prosesində iştirakını izləyib görəcəyik”.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla