Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Xəstəni analiz üçün klinikalara yönəldən həkimlərin gizli QAZANCI

Ölkə
Xəstəni analiz üçün klinikalara yönəldən həkimlərin gizli     QAZANCI

İnsanlar səhhəti ilə bağlı problem yaşadıqları zaman xəstəxanalara üz tuturlar. Bəzən  həkimlər  xəstələri analiz üçün digər klinikalara yönləndirirlər. Bu isə xəstələrin get-gələ düşmələrinə, əlavə xərclərə və əziyyət çəkmələrinə səbəb olur. Hətta iddialar var ki, həkimlər çalışdıqları xəstəxanadan hansısa digər klinikaya analizə göndərişə görə əlavə gəlir əldə edirlər.


Bu cür sui-istifadə halları haqqında danışan mütəxəssislər həm hüquqi, həm də tibbi cəhətdən məsələyə aydınlıq gətiriblər.

Həkim Adil Qeybulla xəstədə olan problemi dəqiqləşdirmək üçün onu başqa yerə yönləndirməyin doğru olduğunu bildirib:


“Özəl sektorda isə həkim yanına gələn xəstəyə heç kim müdaxilə etmir. Xəstə əgər yönləndirildiyi həkimdən narazı olsa, şikayət etmə haqqı da var. Özəl sektor kommersiya təyinatlı tibb məntəqəsidir və fəaliyyət istiqamətləri tam fərqlidir. Dövlət sektorunda bəzi problemlər olur. İcbari Tibbi Sığortanın tətbiqi zamanı artıq bu cür hallar baş verməyəcək,  hamı sığorta paketinin daxilində müayinə olunacaq və analizini istədiyi yerdə tam pulsuz formada verə biləcək”.


Deputat Müşviq Məmmədli məsələyə hüquqi cəhətdən aydınlıq gətirib. Qeyd edib ki, bu cür məsələlərdə iki faktor var:

“Birincisi odur ki, dövlət xəstəxanasında verilən analizlər insanları tam qane etmir. Bu analizlər müxtəlif reaktiv avadanlıqlar vasitəsi ilə həyata keçirilməlidir. Analiz reaktiv avadanlıqla həyata keçirilməsə, xəstələrin başqa yerə yönləndirilməsi normaldır. İcbari Tibbi Sığorta Agentliyinin tibb məntəqələri üçün müvafiq təlimatları və göstəriciləri var. Tibbi sığortanın hansı müəssisə ilə anlaşması varsa, insanlar analizlər və müalicə üçün həmin yerlərə yaxınlaşa bilərlər. Bu müayinələrin, analizlərin  təminatı dövlət tərəfindən ödəniləcək. Belə olduqda xəstələrin başqa həkimlərin yanına göndərilməsi hüquqi cəhətdən düzgün olacaq”.


Onun fikrincə, baş verən mənfi halların qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır:


“Məsələn, xəstəxanaların maddi-texniki bazası gücləndirilməlidir. Müayinə və analizlərlə bağlı təminatı dövlət xəstəxanası verə bilmirsə, İcbari Sığorta Agentliyi bu istiqamətdə addımlar atmalıdır. Qonşu Türkiyədə belədir ki, dövlət xəstəxanası müayinə edə bilmədiyi xəstəni digər özəl qurumlara yönləndirir, amma vətəndaş buna görə heç bir ödəniş etmir. Onun pulu müvafiq strukturlar tərəfindən ödənilir. Azərbaycanda da İcbari Tibbi Sığorta sistemi tənzimləndikcə, bu üsula keçiləcək. Bu cür mənfi hallarda aradan qalxacaq”. // Modern.az

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla