Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Hüquq-müdafiəçisi tələb etdi: Gizli şəkildə toy, yas mərasimlər keçirənlər cəzalanmalıdır

Cəmiyyət
Hüquq-müdafiəçisi tələb etdi:     Gizli şəkildə toy, yas mərasimlər keçirənlər cəzalanmalıdır

Son günlər ölkəmizdə gizli keçirilən toylarla bağlı qalmaqallar səngimir. Bəzi vətəndaşlar karantin rejimi olmasına baxmayaraq ölkədə gizli toy məclislərinin keçirməyə davam edirlər.


Buta.ws yenisabah.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu qeyd edib ki, gizli şəkildə toy, yas mərasimləri keçirənlər birmənalı şəkildə cəzalandırılmalıdır:


"Hesab edirəm ki, hələ ki, bu cür toylara icazə vermək olmaz. Çünki xəstəlik hələ ki, davam edir və yoluxanlar artır. Toy edənlər başa düşməlidir ki, onun dəvət etdiyi şəxslərdən beşi də, üçü də, lap biri də ölsə, bu, onun üçün başıaşağılıqdır. Belə vəziyyətdə toy etmək olmaz, hazırda bütün dünya necədirsə, biz də elə olmalıyıq. Hər ölkədə bu xəstəlik bir cür inkişaf edir, bizdə isə artma müşahidə olunur. Bu qədər yoluxma sayını görə-görə gizli toy edənləri mən bağışlamıram. O toydan çıxan xəstə özündən başqa azı 20 nəfəri də yoluxdurur, bunu başa düşmürsünüz?! Nikahdan sonra evdə adi yığıncaq etmək olar. Başa düşürəm ki, çox adam toy edir ki, pul yığıb cehiz alsın və s. Cehiz almasınlar. Öz həyatını, qohumlarının, yaxınlarının, dostlarının həyatını təhlükəyə atmaqdansa, evdə 10 nəfər yaxının iştirakı ilə yığıncaq keçirmək daha məntiqlidir. Bundan qabaq toy var idi, ay başınıza dönüm? Biz hamımız evlənmişik, guya böyük toy eləmişik? Xeyr, 10-20 nəfərlik kampaniya edib ərə getmişik. Bu toy vacibdirmi? Eləməsinlər. Elə bilsinlər ki, müharibədir. Fikrimcə, toy məsələsi yığışdırılmalıdır, düz edib cərimələyirlər".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla