Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Müharibədə iştirak etmiş idmançının cəzası azaldıla bilər? - AÇIQLAMA

Ölkə
7 Aprel 2021
19:21
Müharibədə iştirak etmiş idmançının cəzası azaldıla bilər?     - AÇIQLAMA

"Biz dopinq istifadə edən idmançıları cəzalandırarkən yüngülləşdirici halları nəzərə alıb sanksiya tətbiq edirik. İdmançı dopinqdən bilə-bilə istifadə etdiyini qəbul edib, qərarla razılaşırsa, cəza qüvvəyə minir. Onlar bizim qərarla razılaşmadığı halda "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaradılmış Azərbaycan Milli Antidopinq İntizam Komitəsinə (AMAİK) müraciət edirlər. Bu, beynəlxalq səviyyəli hüquqşünaslardan, həkimlərdən və idmançılardan qurulmuş və tam şəffaf işləyən bir qurumdur. AMAİK-də idmançılar dinlənilir və buna əsasən qərar çıxarılır”.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli bildirib.

O, stimulyantlar/metileksanamin tərkibli dopinq maddəsindən istifadə etdiyi üçün iki illik cəzalandırılmış idmançı Kamran Orucovun cəzasının azaldıla bilməsi ilə bağlı danışıb. Müharibədə iştirak etmiş Orucov hazırda Bakı şəhərində kitab satışı ilə məşğuldur.

Şəfəq Hüseynli idmançının cəzasının azaldılması üçün mümkün variantlardan danışıb:

"Əgər idmançı AMAİK-in qərarından da narazı olarsa, tam yazılı qərarı əldə etdikdən sonra 21 gün ərzində Azərbaycan Milli Antidopinq Apellyasiya Komitəsinə (AMAAK) şikayət verə bilərdi. Bu idmançıda apellyasiya üçün 21 günlük müddət keçib. Amma elə məsələ ola bilər ki, yenidən bu işə baxılması üçün müraciət etmək olar.

Biz bütün sanksiya qərarları qəbul edəndə bu barədə WADA-nı (Ümumdünya Antidopinq Agentliyi) da məlumatlandırırıq. Məcəllədə "idmançı müharibədə iştirak edibsə, onun cəzası azaldılmalıdır” deyə bir cümlə yoxdur. Amma idmançı bizə çox əhəmiyyətli bir məlumat verərsə, "əhəmiyyətli kömək” edərsə, bizim onun cəzasını azaltmaq imkanımız var.

Məsələn, o, başqa bir idmançının dopinqdən istifadə etməsi və ya idmançılara dopinq tərkibli maddələrin verilməsi barədə bizə məlumat verərsə və bu, təsdiqini taparsa, onun məsələsinə yenidən baxıla bilər. Biz onun bu haqda məlumat verməsini məxfi saxlayırıq. Həmçinin, bu barədə WADA-nı yenidən məlumatlandırırıq və sanksiyanı azaldırıq”.

Qeyd edək ki, 2019-cu ilin sonunda keçirilmiş boks üzrə Azərbaycan çempionatında bürünc medal qazansa da, dopinqə düşdüyü üçün medalı əlindən alınmış Kamran Orucov özü də Oxu.Az-a müsahibəsində cəzasının azaldılması üçün AMADA-ya müraciət edəcəyini bildirib.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla