Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Ürək böyüsə, nə baş verər? - TƏHLÜKƏLİ SİMPTOM

Sağlamlıq
Ürək böyüsə, nə baş verər?     - TƏHLÜKƏLİ SİMPTOM

Ürək orqanizmdə "nasos" funksiyasını yerinə yetirir - qanın orqanizm boyu dövr etməsini təmin edir. Ürəyin çəkisi orta hesabla 300 qr təşkil edir (qadınlarda bir qədər az, kişilərdə bir qədər çox). Belə hesab olunur ki, insanın ürəyinin ölçüsü onun yumruğu boydadır.


Buta.ws Publika.az-a istinadla xəbər veri ki, bəzən müxtəlif səbəblərə görə ürək böyüyə bilər. Bu hal kardiomeqaliya, ürəyin hipertrofiyası adlandırılır. Bu, çox ciddi pozulmadır. Böyümüş ürək öz nasos funksiyasını normal yerinə yetirə bilmir, orqanizmi qanla yaxşı təchiz etmir. Bunun nəticəsində ürək vaxt keçdikcə daha da genişlənir, böyüyür və bu da ürək çatışmazlığının, infarktın, ürəyin ani dayanmasının inkişafına səbəb ola bilər.


Ürəyin böyüməsinin səbəbləri arasında:


- İntensiv fiziki gərginliklər (peşəkar idmançılarda, daim idmanla məşğul olan insanlarda) zamanı ürək da intensiv şəkildə işləyir - ürək döyünməsi, qanın ürəyə axını artır. Bu isə ürəyin böyüməsinə səbəb olur. Buna "idmançı ürəyi" deyilir. Bu halda ürəyin böyüməsi fizioloji səbəblərlə bağlıdır. Lakin hətta bu halda həddən artıq fiziki yükləmələr, müxtəlif xəstəliklər, güclü streslər gələcəkdə ürək xəstəliklərinə gətirib çıxarda bilər.


- Ürəyin böyüməsinin digər səbəbləri - xəstəliklərdir.


Bir çox hallarda ürəyin böyüməsininin səbəbi hipertoniya xəstəliyi olur. Damarlarda təzyiq qalxdıqda ürək güclü yükləməyə məruz qalır, ürəyin əzələləri gərginləşir, böyüyür və nəticədə ürək də böyüyür.


Ürəyin işemik xəstəliyi zamanı ürəyə olan qan axını azalır, ürək əzələsinın qidalanması pozulur. Nəticədə ürək əzələsinin hüceyrələri birləşmə toxuması ilə əvəz olunur. Birləşmə toxuması elastik deyil, yığılmır və nəticədə ürək genişlənir, böyüyür.


Ürək əzələsinin iltihabları (onlara "kardit"lər deyilir - endokardit, perikardit ) da ürəyin böyüməsinə səbəb ola bilər. Belə iltihablar keçirilmiş tonzillit (angina), skarlatin və ya qripdən sonra inkişaf edə bilər. Onların arasında ən yayılmış revmokarditdir. Xəstəlik vaxtında müalicə olunmadıqda müxtəlif ağır pozulmalara - o cümlədən, ürəyin böyüməsinə səbəb ola bilər.


Anadangəlmə ürək qüsurları da ürəyin böyüməsinə səbəb ola bilər.


- Spirtli içkilərin qəbulu da ürəyin böyüməsinə səbəb ola bilər. Alkoqol ürək əzələsinə çox mənfi təsir edir, intoksikasiyaya (zəhərlənmə) səbəb olur.


- Piylənmə ürəyin böyüməsinin əsas səbəblərindən biridir.


- Ağ ciyər xəstəlikləri həmçinin ürəyin böyüməsinə səbəb ola bilər.


Ürəyin böyüməsinin əsas profilaktikası bu pozulmaya səbəb olan xəstəliyin müalicəsidir.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Sağlamlıq bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla