Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Ağlıma intihar, özümü kəsib-doğramaq gəlirdi" - Kərim

Maqazin
"Ağlıma intihar, özümü kəsib-doğramaq gəlirdi"     - Kərim

"Atamı, sonra da anamı itirdim. Artıq itirməkdən qorxuram. Evdə bir divanım var, ora təsəlli yerimdir. Məndən başqa heç kim oturmur o divanda. Orada təsəlli tapıram. Ölənlə heç kim ölmür. Amma ölmüş kimi birş ey olursan".


Buta.ws xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "ATV maqazin onlarla" proqramında yer alan "33 sual" rubrikasının qonağı olarkən deyib. İfaçı yaşadığı hadisələrin onun üçün çox ağır olduğunu, intihar etmək istədiyini bildirib:


"Belə hadisələrdən sonra möhkəm olmursan, daha da sınırsan. İnsan daha da həssas olur. Anlayırsan ki, bu gün atan, anan rəhmətə gedib və sabah növbə səndədir. Bu ölümdən sənin üçün də var. O, sənə yaxınlaşır. Hərdən ailəm haqqında kadrlar gəlir gözümün qabağına ki, birdən onlara nəsə olar. Mən nə edərəm?


O ərəfədə ağlıma intihar, özümü kəsib-doğramaq gəlirdi ki, onlar yoxdursa, mən də yoxam. Onlara bir şey olsa bilin ki, Kərim də öldü. Ona görə ki, mən qardaşımı itirmişəm və atam, anam nələr çəkib görmüşəm. Oğlumu hər gecə öpməsəm dayana bilmərəm. Bağçaya mənsiz getmir. Anası onu gətirməyə gedəndə gəlmir bağçadan, deyir, atam gəlsin aparsın.


Bu günə qədər çox əziyyətlər çəkmişəm. Güclü insanam. Hansı çətinliklərdən keçdim və Kərim oldum. Fəhlə balası idim, amma indi Azərbaycan estradasının ulduzuyam. Buna görə də özümlə fəxr edirəm".(axşam.az)

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maqazin bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla