Baydenin Putinə qarşı çıxışı narahatlıq yaratdı

08:48 - 29 Mart 2022 - GÜNDƏM

 Baydenin Putinə qarşı çıxışı narahatlıq yaratdı

ABŞ Prezidenti Co Baydenin martın 26-da Varşavada çıxışı zamanı antirusiya ritorikası ölkənin ən yaxın tərəfdaşları arasında kəskin narazılıq yaradıb.

Buta.ws xəbər verir ki, bu barədə “Blumberq” yazarı Toni Çuçka bildirib.

Qeyd olunub ki, Ağ Ev rəhbərinin Rusiya lideri Vladimir Putinə qarşı qeyri-diplomatik bəyanatları bir çox Qərb siyasətçisinin xoşuna gəlməyib.

Müttəfiqlər Baydenin Moskva ilə potensial qarşıdurmanı qızışdırmasından narahatdırlar.

Köşə yazarı hesab edir ki, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya hökuməti onun şokedici çıxışını məqbul saymayıblar.

Qeyd edək ki, Bayden Varşavada Putini qəssab adlandırmış, onun hakimiyyətdə qalmamalı olduğunu bildirmişdi. Makron isə Baydeni Rusiya ilə gərginliyi artırmaqda ittiham etmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol