Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azərbaycanda yeni qoşun növü yaradılır - Türk general açıqladı

Siyasət
Azərbaycanda yeni qoşun növü yaradılır     - Türk general açıqladı
"Azərbaycanın Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri var, amma Quru Qoşunları yoxdur. Quru Qoşunları birbaşa Müdafiə Nazirliyinə bağlıdır". 
 

Bunu Milli.Az-a açıqlamasında Türkiyənin general-mayoru Osman Qazi Kandemir deyib. Türkiyəli general bildirib ki, bundan sonra Azərbaycanla Türkiyə arasında ordu quruculuğu istiqamətindəki iş birliyi daha da artacaq:
 
 
"Artıq Azərbaycan Silahlı Qüvvələrində də bir Quru Qoşunları yaradılacaq. Bu istiqamətdə əməli-praktiki işlər aparılır. Bu mövzu ilə bağlı da əsl səbəb buradan qaynaqlanır: II Qarabağ müharibəsində qoşunların necə işlədiyi məlum oldu. Bu müharibədən böyük nəticə çıxarıldı, təcrübə əldə edildi. Bu təcrübələr nəticəsində həm çıxarılan müsbət nəticə var, bəzi də düzəldilməsi lazım olan məsələlər. Hər bir silahlı qüvvələr bu işi görər. Hər böyük fəaliyyətdən sonra biz harada düz etdik, harada səhv etdik məsələsi oturulub müzakirə edilər. Bu da nəyinsə səhv edildiyinə görə yox, daha yaxşı olması üçündür. Buna görə də Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələri kimi, onun bənzəri şəklində təşkil edilməsi qərarı verildi. Bu, əslində çox vacib məsələdir. Çünki bu günə qədər Azərbaycan Silahlı Qüvvələrində Rusiya və Türkiyə təsiri bərabər səviyyədə görünürdü. Bu iki ölkənin ordu quruculuğu arasında bir seçim edilmiş oldu. Yəni biz Türkiyə kimi ordu quraq, yoxsa Rusiya kimi?! II Qarabağ müharibəsinin nəticələri göstərdi ki, Türkiyə ordusu modelində ordu qurmaqda fayda var. Buna görə də belə bir qərar verildi. 
 

Çox böyük dəyişiklik olmayacaq. Onsuz da Türkiyə SQ-si ilə Azərbaycan SQ-si 1993-cü ildən bəri birlikdə çalışırlar. Bir çox türk zabiti gəldi Azərbaycanda təhsil verdi. Azərbaycanlı zabitlər gedib Türkiyədə təhsil aldırlar. Ona görə də iki ordu bir-birini yaxından tanıyır. Bunun üçün də Türkiyə SQ-nin sisteminə keçidin bir narahatlığı olmayacaq.
 

"Tələbəm Qarabağda şəhid oldu"
 

Digər yandan iki ölkə hərbiçilərinin iştirakı ilə keçirilən təlimlər onsuz da həmişə olub. Mənim indi də azərbaycanlı tələbələrim var. Keçən il məzunumuz olan bir azərbaycanlı tələbəmiz Qarabağ Müharibəsində şəhid oldu. Yəni bu, bizim üçün yeni bir şey deyil. Amma bundan sonra bu istiqamətdəki iş birliyimiz, fəaliyyətimiz daha da artacaq. İki ordunun birlikdə edəcəyi işlər daha da çoxalacaq. Bu da türk dünyasının bir-birinə yaxınlaşmasını təmin edəcək. İnşallah daha gözəl günlər görəcəyik".

 
Xatırladaq ki, fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün təşkil edilən mətbuat konfransında "Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib" açıqlamasını etmişdi.
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla