Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Qərb ölkələrinin timsalında “siyasi qardaşlaşma”nın çoxlu nümunələrinə rast gələ bilərik"

Siyasət
"Qərb ölkələrinin timsalında “siyasi qardaşlaşma”nın çoxlu nümunələrinə rast gələ bilərik"

6 siyasi partiyanın hakim partiya olan Yeni Azərbaycan Partiyasının (YAP) qoşulması və YAP-ın bu gün keçirilən VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi ilk növbədə ölkədə siyasi plüralizmin və partiyalararası demokratik münasibətlərin mövcudluğundan xəbər verir. Bu, həmin partiyaların özlərinin müstəqil siyasi iradəsinin nəticəsidir və biz siyasilər sözügedən partiyaların bu qərarına hörmətlə yanaşmalıyıq. YAP-la mövqeləri, fəaliyyət prinsipləri və taktikaları üst-üstə düşən partiyaların bir araya gəlməsinə, onların hakim partiyaya inteqrasiya etməsinə bu gün cəmiyyətdə gedən proseslərin tərkib hissəsi kimi baxmaq lazımdır. Düşünürəm ki, həmin partiyalar YAP-a qoşulmaqla daha effektiv siyasi fəaliyyət imkanı əldə edəcəklər.

Bu hadisəyə həmçinin sivil inteqrasiya, təkamül yoluyla təmərküzləşmə və ən nəhayət, siyasi həmrəylik nümunəsi kimi də baxmaq olar. Yəni bu və ya digər partiya heç bir yan təsirlər olmadan, sırf partiyanın özünün müstəqil siyasi iradəsi əsasında ölkə siyasətinin flaqmanına – hakim Yeni Azərbaycan Partiyasına birləşmək barədə könüllü qərar qəbul edir. Siyasi platforması oxşar olan qurumların, qüvvələrin bir araya gəlməsi və böyük güc halında, yeni siyasi alyans kimi fəaliyyət göstərməsi çox normaldır. Bunda qeyri-adi heç nə yoxdur. Biz bu prosesə siyasi yetkinliyə malik olan cəmiyyət kimi yanaşmalı və “görəsən, bu partiyalar niyə birləşir?”,- deyə təəccüb dolu sual üzərində baş sındırmamalıyıq. Bu prosesin pərdəarxasında heç bir konspirologiya-flan axtarmaq da lazım deyil. Çünki dünya təcrübəsində də bu kimi nümunələr çoxdur. Partiyaların birləşməsi və ya ayrılması məsələsi çoxpartiyalı sistemlərin mövcud olduğu ölkələrdə zaman-zaman rast gəlinən bir praktikadır, ənənədir. Xüsusən də Qərb ölkələrinin timsalında “siyasi qardaşlaşma”nın çoxlu nümunələrinə rast gələ bilərik.

Bu baxımdan hesab edirik ki, 6 partiyanın YAP-la birləşməsi ölkəmizdə siyasi dialoq mühitinin daha da gəlişməsinə və demokratik ənənələrin oturuşmasına xidmət edəcək. Bu hadisə ölkənin yeni siyasi sisteminin, yeni konfiqurasiyanın formalaşması prosesinin dərinləşməsini stimullaşdıracaq. Nəticədə YAP-ın özü də yeni siyasi güc mərkəzi kimi ortaya çıxmaq imkanı qazanır. Eyni zamanda digər partiyaların səmərəli fəaliyyətinin təşkili üçün daha əlverişli şərait yaradılması mümkün olacaq. Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış, Siyasi Partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi indi ölkənin siyasi qüvvələri ilə daha fəal əməkdaşlıq mərhələsinə keçir. Biz 6 partiyanın YAP-a qoşulmasını ölkənin siyasi vitrini üçün çox ciddi hadisə kimi qiymətləndirir və bu yeni siyasi güc mərkəzinə uğurlar diləyirik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla