"Blumberq" Rusiya və Belarusda fəaliyyətini dayandırdı

01:54 - 29 Mart 2022 - GÜNDƏM

“Blumberq” şirkəti Rusiya və Belarusda fəaliyyətini dayandırıb.

Buta.ws xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Qərarın Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar olduğu deyilir.

Bildirilib ki, hər iki ölkənin istifadəçiləri bundan sonra agentliyin xəbər terminalına, elektron ticarət platformalarına və digər məlumatlara daxil ola bilməyəcəklər.

Qeyd edək ki, "Blumberq" qərargahı Nyu-Yorkda yerləşən özəl maliyyə, proqram təminatı, məlumat və media şirkətidir.



Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol