Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"27 min manatımı, evimi əlimdən aldılar, hələ 42 min də istəyirlər" - "Unibank"dan şikayət (FOTO)

Cəmiyyət
"27 min manatımı, evimi əlimdən aldılar, hələ 42 min də istəyirlər"     - "Unibank"dan şikayət (FOTO)

İllərdir Mingəçevirdə Şəhid və Qazi ailələrinə, o cümlədən, sonuncu Vətən Müharibəsində ordumuza könüllü dəstək olan Əli Muradov "Unibank”dan şikayətçidir. 


Buta.ws xəbər verir ki, valyuta.Az-a danışan Ə.Muradov qeyd edir ki, 2015-ci il tarixdə "Unibank” Mingəçevir şəhər filialından 29 min dollar, o vaxtkı məzənnə ilə 22300 manat kredit götürüb: 


"Pulu, qaldığım evi girov qoyaraq götürdüm. Bundan sonra ölkədə iki dəfə devalvasiya oldu. Bu günə qədər mən "Unibank” Mingəçevir şəhər filialına 27 min manat ödəmişəm. Sonra bank mənə təklif etdi ki, 27 min manatdan əlavə 42 min manat da ödəməlisən, bunun üstünə də 17-18 min əlavə faiz gələcək. Sonra bank hərrac yolu ilə, 42 min manata görə mənim evimi 26 min manat dəyərləndirib, alıb. 


Atam bu problemə görə yaddaşını itirdi, ağır xəstəliyə düşdü, rəhmətə getdi. Anam da onun kimi, xəstədir, qorxur ki, bank evdən çıxardacaq. Bu borcu mən ölənə qədər də versəm, bitirə bilmərəm. Son 1 ili də pandemiyada olmuşuq, mən kiçik sahibkaram, işçilərim var, dövlətə vergi verirəm. 22300 manata görə 27000 manat ödəmişəm, lap 42 min manat deyir, onu da qrafikə salıb ödəyərəm, ayda 500 manat, təki Vətən sağ olsun. Amma bu rəsmən soyğunçuluqdu, bir sahibkarın məhv edilməsidir. Bank da, bu qədər artıq pul tələblərindən əlavə 7-8 min də hərrac pulu istəyir.


Bununla bağlı sahibkarların dostu, Cənab Prezidentə şikayət edəcəm deyirəm, bank əməkdaşları deyir ki, biz yuxarıda elə bir adamlara tabeyik ki, uduzan sən olacaqsan, peşman olacaqsan. İndi çox acınacaqlı vəziyyətdəyəm. 


Artıq çıxış yolum yoxdur. Təsəvvür edin, evimin dəyəri 40 mindən çoxdur, onu da 26 min manata qiymətləndiriblər. Belə özbaşınalıq, belə quldurluq heç bir yerdə yoxdur. Mən bir daha Cənab Prezident İlham Əliyevdən və I Vitse-Prezident Mehriban xanım Əliyevadan imdad diləyirəm, məni bu maxinasiyadan, bankın dələduzluğundan xilas edin”.

 

P.S. Qarşı tərəf kimi adları çəkilən bankın məsul şəxs və nümayəndələrinində münasibətin ictimailəşdirməyə haazırıq.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla