Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bakıda iki məşhur şirkət arasında QALMAQAL

Ölkə
Bakıda iki məşhur şirkət arasında    QALMAQAL

Bakıda iki məşhur şirkət arasında qalmaqal yaşanıb. 


Buta.ws musavat.com-a istinadla xəbər verir ki, şirkət direktorları bir-birini dələduzluqda ittiham edərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Şirkətlər arasında məhkəmə çəkişmələri də var.


“AED” MMC-nin direktoru Dövran Abbasov dələduzluğa məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.


Məlumata görə direktor "Tutto Bello" MMC-nin direktoru Anar Məmmədovdan şikayətçidir.


Dövran Abbasov müraciətində göstərib ki, Anar Məmmədov onun 153 min manatını ələ keçirib.


"Tutto Bello" MMC-nin direktoru Anar Məmmədov mövzu ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, qeyd edilən ittihamlar əsassızdır.


Onun sözlərinə görə rəhbərlik etdiyi MMC özü zərərçəkmişdir və buna görə də hüquq-mühafizə orqanlarına müraciət ediblər.


Hadisənin təfərrüatları barədə ətraflı danışmaq istəməyən Anar Məmmədov hazırda istintaq tədbirlərinin davam etdiyini deyib.


“AED” MMC-dən mövzu ilə bağlı açıqlama almaq mümkün olmadı.


Qeyd edək ki, “AED” MMC Azərbaycanda fəaliyyət göstərən məşhur şirkətlərdən biridir.


Şirkət Bakıda “Heydər Əliyev Mərkəzi”nin, “28 Mall” ticarət mərkəzinin, “Baku Business Center”, “JW Marriott Absheron Baku” kimi böyük layihələrin dizayn, logistika və planlaşdırma işlərinin həyata keçirilməsində iştirak edib.


"Tutto Bello" MMC isə ölkədə müxtəlif dizayn, tikinti və təmir işlərinin, parkların yaradılması kimi böyük layihələri həyata keçirir.
 

Şirkət bu günə qədər “Rixos Quba”, “Dədə Qorqud Parkı”, “Qış Parkı”, Bulvardakı “Mini Venice”, “Jumeirah Bilgah Beach Hotel” və daha bir çox layihələrin icrasında iştirak edib.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla