Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

AzTU-da XX əsrin faciəsi olan Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan videokonfrans keçirilib - FOTOLAR

Cəmiyyət
AzTU-da XX əsrin faciəsi olan Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan videokonfrans keçirilib     - FOTOLAR

Azərbaycan Texniki Universitetində (AzTU) XX əsrin faciəsi olan Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan videokonfrans keçirilib.


Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bir dəqiqəlik sükut zamanı videokonfrans iştirakçıları profil fotolarını dəyişərək “Xocalıya ədalət” çağırışı ediblər. 


“Xocalı-türkün yurdu, türkün qüruru” adlı videokonfransda çıxış edən rektor Vilayət Vəliyev bildirib ki, Xocalı faciəsi insanlığa qarşı törədilmiş soyqırım idi. 29 il əvvəl Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. Rektor bildirib ki, soyqırım törətməkdə ermənilərin məqsədi Xocalı şəhərini yer üzündən birdəfəlik silmək idi. Azərbaycan xalqı günahsız, əliyalın insanlara qarşı törədilən bu cinayəti heç zaman unutmayaqcaq. Rektor qeyd edib ki, bu il Azərbaycan ilk dəfə olaraq Xocalı faciəsi qurbanlarının xatirəsini qalib xalq kimi andı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun apardığı 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal edilmiş əraziləri azad edildi, Ermənistan layiqli cavabını aldı.


Daha sonra AzTU-nun Humanitar fənnlər kafedrasının müdiri Həbib Mirzəyev, universitetin IV kurs tələbəsi Amin Məmmədov və Xocalı şəhər sakini, faciənin şahidi Nazim Hüseynov çıxış edib. Bildirilib ki, Xocalıda törədilən soyqırımı erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Ermənistanın o dövrdəki müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində utanmadan belə demişdi:  "Xocalıdan qabaq azərbaycanlılar fikirləşirdi ki, biz ermənilər sadə vətəndaşlara əl qaldıra bilməyən xalqıq. Biz bu stereotipi qırdıq".


O da qeyd olunub ki, XX əsrin sonunda baş verən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdəndir.


Tədbirdə AzTU tələbələrin ifasında Xocalı soyqırımına həsr olunan şeirlər səsləndirilib.


Əkbər Nəcəfov

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla