Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

“Kapital Bank” müştərisindən şikayət: Kartından həm pul tutulur, həm də... - FOTO

Cəmiyyət
“Kapital Bank” müştərisindən şikayət:    Kartından həm pul tutulur, həm də... - FOTO

Daha bir vətəndaş “Kapital Bank”a məxsus “Birkart” plastik kartı ilə bağlı problem yaşayıb.


Buta.ws xəbər verir ki, Bərdə şəhər sakini Afaq Mustafayeva balansında 4 min AZN olan “Birkart” vasitəsilə iki dəfə əməliyyat etdikdən sonra xəbəri olmadan kartdan onlayn pul çıxarılıb. 


Bu barədə Afaq Mustafayeva Prezident İlham Əliyevə və daxili işlər naziri Vilayət Eyvazova ünvanladığı müraciətdə bildirir.


“Bu kart vasitəsilə iki dəfə alış-veriş etmişəm. Balansda 3586.35 AZN məbləğində pul qalıb. Sonradan məlum oldu ki, mənim xəbərim olmadan kartdan onlayn şəkildə pul çəkilib”, - şikayətçi yazır. 


Afaq Mustafayeva üzləşdiyi problemlə əlaqədar “Kapital Bank”ın Bərdə şəhər filialına müraciət edib: 


“Filialın müdiri Elnur Səfərova dedim ki, kartı verəndə nə üçün kodunu deməmisiniz? O isə cavab verdi ki, bura təhsil ocağı deyil ki, dərs keçək”.


Şikayətçi bundan sonra Bərdə rayon Polis Şöbəsinə və “Kapital Bank”ın baş ofisinə üz tutub. “Üç gündən sonra “Kapital Bank”ın əməkdaşı olduğunu bildirən Qabil adlı şəxsdən mənə zəng gəldi. O bildirirdi ki, narahat olmayın, pulunuzu kartdan çəkən adamı tapmışıq. Banka gəlib pulunuzu qaytaracaq. Lakin iki gün sonra yenidən zəng vuraraq həmin adamın çağırışa əhəmiyyət vermədiyini dedi və tövsiyə etdi ki, müvafiq qurumlara müraciət edim. Bu barədə polis şöbəsinə bildirdim. Lakin işə laqeyd yanaşdılar”, - deyə şikayətçi qeyd edib.


Afaq Mustafayevanın sözlərinə görə, bu məsələ araşdırılsa da, onun pensiya kartından pul tutulur:


“Halbuki araşdırma dövrü ödəniş dayanmalı idi. “Kapital Bank”dan deyirlər ki, müstəntiq rəsmi sənəd versin, biz də pulu kimin, harada çıxardığını rəsmi qaydada bildirək. Müstəntiq Mətin Qəmbərov isə deyir ki, bank rəsmi sənəd versin, ödəniş dayansın”.


Şikayətçinin sözlərindən məlum olur ki, o, polis şöbəsi və “Kapital Bank” tərəfindən süründürməçiliyə məruz qalıb.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla