Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Şəhid Şahin Abbasovun 10 yaşlı nəvəsi: "Şuşaya gedəcəyimiz günü həsrətlə gözləyirəm"

Müsahibə
Şəhid Şahin Abbasovun 10 yaşlı nəvəsi:     "Şuşaya gedəcəyimiz günü həsrətlə gözləyirəm"

Buta.ws vaxtilə icra hüquqşünası ilə birgə Şəhid olan Şahin Abbasovun nəvəsi, 10 yaşlı Sədaqət Abbaszadənin müsahibəsini təqdim edir:


- Babanız Şahin Abbasov Şuşanın vaxtilə icra hüquqşünası (özü, yoldaşı və qızı) ilə birgə Şəhid olub. Artıq babanızın ruhu şaddır. Qarabağ işğaldan azad olunanda hansı hisslər keçirdiniz?


- Mən çox sevindim. Babamın, nənəmin, bibimin və bütün şəhidlərimizin qanı yerdə qalmadı. Həmin an Şuşada olmaq istədim. Atama dedim gedək Şuşaya. Dedi ki, indi ora getmək mümkün deyil. Mən pis oldum. Mən oranın gözəlliklərini görmək istəyirəm. İndi də həsrətlə Şuşaya gedəcəyimiz günü gözləyirəm. Hətta sinif yoldaşlarımı da Şuşadaki, evimizə dəvət etmişəm. Şuşa alınan gün şokolad alıb bacımla birlikdə küçədən keçənlərə payladıq. Şəhidlərimizi ziyarət etdik.


- Ən böyük arzunuz nədir?

- Birinci arzum muharibə tamamilə bitsin biz də tezliklə Şuşaya gedək.  Laçında olan babamın, nənəmin və bibimin qəbirlərini ziyarət edək. İkinci arzum isə xalqım üçüm çox dəyərli biri olmaq.


- Mahnı oxumaq, rəsim çəkmək,  yoxsa?

- Pianoda ikinci sinifdə oxuyuram, gözəl mahnılar ifa edirəm. Birinci sinifdə konsertə çıxacaqdım, lakin pandemiya üzündən hələ də konsertə çıxa bilmirəm. Rəsmə də gedirəm. Bir sözlə təbiətin gözəlliklərini çəkməyi sevirəm.

-  İncəsənət sahəsinə marağınız varmı?

- Əlbəttə var. Qəşəng rəsmlər çəkirəm, pianoda ifa etməyi sevirəm. Məncə bunlar elə İncəsənətdir.


- Bəs gələcəkdə siyasətlə məşğul olmaq istərdinizmi?


- İstəyərəm


- Ali məktəbdə hansı ixtisası oxumaq istəyirsiniz?

- Hələ seçməmişəm. Həkim də olmaq istəyərəm, müəllim də. 


- Bəs maraqlıdır, 10 yaşlı Sədaqətin hobbisi nədir?

- Əl işləri ilə məşğul olmağı xoşlayıram. Məsələn: tikiş tikməyi, rəsmlər çəkməyi, kartondan bir şeylər düzəltməyi.


- Son olaraq həmyaşıdlarınıza tövsiyəniz nə olardı?

- Mən özüm dərslərimi çox yaxşı oxuyuram. Mən onlara deyərdim ki, siz də mənim kimi yaxşı oxuyun və arzularınıza çatın.

 

Şəfa Nəsibova

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Müsahibə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla