Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

“28 ildir yataqxanalarda xəstə düşən köçkünlərin naləsi yerdə qalmadı” – Əli Həsənovu bitirən səbəblər

Ölkə
“28 ildir yataqxanalarda xəstə düşən köçkünlərin naləsi yerdə qalmadı”     – Əli Həsənovu bitirən səbəblər

“Bir dəfə Tiblisi prospektində yerləşən yataqxanadakı köçkünlərin bərbad şəraitindən yazı hazırlamağa getmişdim. Köçkünlər həyəcanla dedi ki, yataqxananın yaxınlığındakı şosse yoldan ağır tonnajlı yük maşını keçəndə binamız silkələnir. İnanmadığım üçün həmin gün səhərdən axşama qədər vaxtımı orda keçirdim. 3 dəfə ağır tonnajlı yük maşınları kecdi. Həmin vaxt mən 7-ci mərtəbədəydim. Bina sanki 3 bal gücündə zəlzələ olmuş kimi silkələnirdi”.

May be an image of 1 nəfər, standing, outerwear və ağac

KONKRET.az xəbər verir ki, bu fikirləri özünün şəxsi Facebook səhifəsində jurnalist Əntiqə Rəşid yazıb. Jurnalist bina silkələnən zaman çox qorxduğunu gizlətməyib: “9 mərtəbəli binanın hər mərtəbəsində 30 otaq, hər otaqda bir ailə yerləşirdi. Həmçinin binanın həyətində kustar yolla tikilmiş daxmaların faciəsini də bura əlavə edin. Qorxunc mənzərə..Sakinlər söylədi ki, binanın girişindən icəri daxil olan yerdə qəflətən dərin quyu da əmələ gəldi. Sakinlərin qəpik-qəpik topladığı pulla həmin oyuğa bir kamaz torpaq töküldü ki, uşaqlar ora düşüb, zirzəmidəki çirkab gölməçədə boğulmasınlar”.

May be an image of içəridə

Əntiqə Rəşid onu da əlavə edib ki, adıçəkilən bina Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bir addımlığında yerləşib: “Qurumun keçmiş sədri, baş nazirin sabiq müavini Əli Həsənov elə bilirdi ki, həmin binada yaşayan, mövcud şəraitdən xəstə düşən, həyatlarını itirən köçkünlərin ahı onu rahat buraxacaq. Bu “məsum” sifət qocaya qaçqın və məcburi köçkünlərin mənzillərini, kommunal xidmətlərə görə ödənişlərini  mənimsədiyinə görə aylar öncə təhqiqat başlanıb. Təhqiqat və araşdırmalar nəticəsində  2 milyard manata yaxın dövlət vəsaiti və xarici yardımların mənimsənilməsinə dair dəlillər aşkarlanıb. Əli Həsənov bu dəlillərlə bağlı dindirilməyə cəlb olunub. Onun qısa müddətdə 15 milyon manata yaxın vəsaiti geri qaytardığı, lakin istintaqın dayandırılmadığı qeyd olunur. 15 milyonu yeyən və doymayan, yenidən biçarə insanların haqqına girən, “Dövlətin verdiyi 36 manat müavinət böyük puldu ha, alan kimi bazara qacma..” -deyən eks Qaçqınkom haqqın bir gün, bu formada qarşısına çıxacağını bilmirdimi”?

May be an image of içəridə

“Xarici avtomobil kolleksiyası olan,  2 nəfəri öldürüb, 3 nəfəri şikəst etsə də, 6 aydan sonra türmədən çıxan ərköyün nəvə Nailə deyin ki, müalicəsinə söz verib amma 1 qəpik pul xərcləmədiyiniz Mutallib Tekiş və həyat yoldaşı Songul Tekişin ahu tutdu sizi… Üstəgəl 28 ildir zülm içərisində, pansionat və yataqxanalarda xəstə düşən köçkünlərin ah-naləsi yerdə qalmadı! .

Uzun sözün qısası, Əli Həsənovun “Qaçqınkom”a rəhbərlik etdiyi dövrdə köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Şəxsən mən Əntiqə, köçkün olaraq haqqımı sənə halal eləmirəm”!

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla