Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

İki doza vaksini qəbul etdikdən sonra müəyyən müddətə insanlarda immunitet formalaşacaq - HƏKİM

Ölkə
İki doza vaksini qəbul etdikdən sonra müəyyən müddətə insanlarda immunitet formalaşacaq     - HƏKİM

Jalə İbrahimova: Yaxşı olar ki, vaksinasiyadan əvvəl qanda antitellər yoxlanılsın və nəticəyə uyğun vaksinasiya aparılsın


“Bir ildən artıqdır ki, dünyanın başına bəla olan COVID-19-la bütün bəşəriyyət mübarizə aparır. Pandemiya bütün iqtidasi prosesləri tormozlamaqla, yanaşı, cəmiyyət həyatının bütün sahələrinə mənfi təsir edir, insan təlafatına səbəb olur. Azərbaycanın səhiyyə strukturları bu sahədə geniş səfərbərlik tədbirləri həyata keçirib. Bununla yanaşı, səhiyyə sistemində çalışan bütün əməkdaşlarımızın üzərinə çox böyük yük düşür.”


Bu fikirləri “İki sahil”ə açıqlamasında 1saylı Kliniki Tibbi Mərkəzin Terapiya şöbəsinin həkimi Jalə İbrahimova söyləyib.


Həkimin sözlərinə görə, pandemiyaya qalib gəlmək, kollektiv immunitet yaratmaq üçün bu gün yeganə effektiv vasitə vaksinasiyadır: ”Azərbaycanda Çinin SinoVaC şirkətinin hazırladığı vaksin tətbiq edilir. Bu vaksinlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qeydə alınıb və istifadəsinə icazə verilib. Dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda tətbiq edilir. SinoVac vaksininin Azərbaycanda tətbiqinə yanvarın 18-də başlansa da, Çində artıq iyul ayından tətbiq olunur. Vaksin ilk növbədə, ağır risk qrupuna aid olan şəxslərə vurulmuş və heç bir ciddi mənfi təsir müşahidə edilməmişdir.  Çox nadir hallarda az yorğunluq, halsızlıq kimi hallar qeydə alınıb. Əlbəttə ki, vaksinasiya prosesi bütün ölkələrdə olduğu kimi Azərbaycanda da mərhələli şəkildə həyata keçirilir. İlk növbədə xəstə ilə birbaşa təmasda olan tibb işçiləri peyvənd olunur. Daha sonra 65 yaşdan yuxarı şəxslərə vaksin vurulmağa başlandı. Çünki həmin yaş qrupunda olan şəxslərdə immunitet zəifləyir və yoluxma riski yüksəkdir. Digər mərhələlərdə isə xroniki xəstəliyi olanlar və digər yaş qrupları üzrə bu proses həyata keçiriləcək. Kəskin infeksion xəstəlikləri, xroniki infeksiyaları, autoimmun xəstəlikləri, allergik xəstəlikləri, onkoloji xəstəliyi, immunodefisit vəziyyətlər və qan sisteminin bir sıra xəstəlikləri olan şəxləslərə vaksin vurdurmaq məsləhət deyil".


Virusa yoluxmuş şəxslər 6 aydan sonra vaksin olunmalıdır


Mütəxəssis qeyd edib ki, virusa yoluxmuş şəxslər 6 aydan sonra vaksin olunmalıdır: “Çünki yaranmış immunitet 6 aya qədər davam edir. Yaxşı olar ki, vaksinasiyadan əvvəl qanda antitellər yoxlanılsın və nəticəyə uyğun vaksinasiya aparılsın. Bəzən əhali arasında arxayınlıq hissi olur ki, vaksin olunandan sonra heç nə etmək lazım deyil. Vaksindən sonra 4-6 həftə ərzində insanda immunitet yaranır. Pandemiya hələ bitmədiyinə görə biz yenə də üç əsas qoruyucu tədbiri davam etdirməliyik - tibbi maskadan istifadə, sosial məsafəni gözləmək və gigiyenik qaydalara riayət etmək.”


Həmsöhbətimiz vaksinlər əleyhinə aparılan təbliğatlardan da söz açdı: “Bir çox mənbələr COVID-19  əleyhinə peyvəndlər haqqında mənfi informasiyalar yayaraq,  vaksinlərə qarşı insanlarda fobiya yaradırlar. Lakin bunlar hamısı əsassızdır. Vaksin bizim gələcəyimizin sığortasıdır və ən önəmli preventiv tədbirdir.


Ekspert peyvənd olunmasından da bəhs etdi: “Vaksinasiyanın başladığı ilk günlərdə peyvəndin birinci dozasını qəbul etmişəm. İkinci dozanı isə fevralın 28-də qəbul edəcəyəm. Heç bir yan təsir də hiss etməməmişəm. Həmçinin, ətrafımda olan həkimlər, tibbi işçiləri də peyvənd olunub. Heç birində əlavə yan təsir müşahidə edilməyib. Məsləhət görərdim ki, vaksinasiya olunaq.


Mütəxəssis kimi, insanlara tövsiyəm budur ki, hər birimiz koronavirusla mübarizədə şüurlu şəkildə vaksin strategiyasına uyğun olaraq dövlətimizə yardımçı olaq və yaş qruplarına müvafiq mütəşəkkil formada vaksinasiya prosesində iştirak edək. İki doza vaksini qəbul etdikdən sonra insanlarda dayanıqlı immunitet formalaşacaq. Biz “dəmir yumruq“ devizi ilə 30 illik həsrətə son qoydugumuz kimi,  həmrəyliklə bu pandemiyaya da qalib gələcəyik".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla