Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Qarabağın bərpası: Hansı ölkələr Azərbaycana dəstək verəcək?

Siyasət
Qarabağın bərpası: Hansı ölkələr Azərbaycana dəstək verəcək?
Artıq işğaldan azad olunmuş torpaqlarda bərpa işlərinə başlanılıb. Bu prosesdə həm yerli, həm də xarici dost ölkələrin şirkətləri iştirak edir. Bununla bağlı xarici ölkələrin şirkətləri ilə konkret əməkdaşlığa başlanılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşü zamanı da Səfir ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazır olduqlarını, xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlarını diqqətə çatdırıb.
 

Bəs daha hansı ölkələrin şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə bilər? Azərbaycan bu işdə özünə hansı ölkələri tərəfdaş seçə bilər?

 
Mövzu ilə bağlı "Bakupost.az"a danışan millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurma, eləcə də iqtisadi inkişaf prosesinə Azərbaycanla dost olan ölkələrin şirkətlərinin cəlb edilməsi gözlənilir:
 
 
“Artıq Azərbaycanın haqq işinə mənəvi dəstək olan ölkələr Qarabağın, işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidən qurulmasında yaxından iştirak etmək niyyətlərini bildiriblər. Hazırda həm Türkiyənin, həm də İtaliyanın şirkətləri ilə əməkdaşlıq həyata keçirilir. İtaliya şirkətləri enerji sistemində, Türkiyə isə nəqliyyat daxil olmaqla infrastrukturun formalaşmasında yaxından iştirak edir. Güman olunur ki, digər dost ölkələr də prosesdə iştirak edə biləcəklər. Həmçinin Pakistan da məhz bərpa və yenidənqurma prosesində iştirak etmək niyyətindədir. Macarıstan və digər ölkələrin, o cümlədən Avropa Birliyini təmsil edən bəzi ölkələrin də bu prosesdə iştirakı istisna deyil”.

 
V. Bayramov qeyd etdi ki, bütövlükdə Azərbaycanın haqq işinə dəstək olan, Azərbaycanla dost-qardaş və stateji müttəfiqlik münasibətləri nümayiş etdirən ölkələrin bərpa və yenidənqurma prosesinə cəlb edilməsi gözlənilir: “Orada genişmiqyaslı bərpa işləri həyata keçiriləcək. Bu baxımdan prosesdə iştirak edəcək ölkələrin sayının çoxalacağı gözləniləndir. Xüsusən də müasir standartlı və innovativ texnologiyanın cəlb edilməsi üçün inkişaf etmiş ölkələrin prosesə cəlb edilməsi məqsədəuyğundur. Bu baxımdan təbii ki, növbəti dövrlərdə Azərbaycanla dostluq münasibətləri nümayiş etdirən digər ölkələrin də bərpa və yenidənqurma işlərində iştirakını gözləyirik. Güman olunur ki, bütövlükdə bu prosesə mərhələli şəkildə daha çox şirkətlərin cəlb edilməsi həyata keçiriləcək”.

 
Milli Məclisin deputatı Azər Badamov isə açıqlamasında söylədi ki, işğaldan azad olunmuş ərazilərin yenidəqurma və bərpası işlərində Cənab Prezidentin də qeyd etdiyi kimi bizə dost ölkələrin şirkətləri iştirak edəcək:
 
 
“44 günlük müharibə dövründə bizim yanımızda olub, Azərbaycanı dəstəkləyən ölkələrin şirkətləri bugünkü bərpa işlərində iştirak edəcəkdir. Hazırda Türkiyənin şirkətləri artıq həmin ərazilərdə fəaliyyət göstərir. Cənab Prezident İtaliyanın rəsmilərini qəbul edərkən onlara bildirildi ki, Qarabağın yenidənqurma və bərpa işlərinin həyata keçirilməsində İtaliyanın şıirkətləri də ora dəvət olunub. O cümlədən, İranın xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində Cənab Prezident qeyd etdi ki, İran bizə dost, qonşu ölkədir və İranın şirkətləri də işğaldan azad edilmiş ərazilərdə investisiya layihələrinin həyata keçirilməsində iştirak edəcəklər. Bir daha qeyd etmək istəyirəm ki, bizim yanımızda olan, dəstək verən ölkələrin şirkətləri üçün Azərbaycan həmişə açıqdır. Öz investisiyalarını yatıra, işğaldan azad olunmuş ərazilərimizin bərpasında iştirak edə bilərlər”.
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla