XİN rəhbəri Fələstinə təşəkkür etdi

18:18 - 30 Mart 2023 - GÜNDƏM

 XİN rəhbəri Fələstinə təşəkkür etdi

Azərbaycanın Fələstində nümayəndəliyinin açılması iki ölkə arasında əməkdaşlığı yeni mərhələyə çıxaracaq.

BUTA.TV xəbər verir ki, bu sözləri martın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fələstinli həmkarı Riyad Əl-Maliki ilə birgə birifinqdə deyib.

Nazir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Fələstin Dövlətinə təşəkkürünü ifadə edərək, ölkəmizin də Fələstinin sülh və sabitlik istiqamətində səylərini dəstəklədiyini bildirib. C.Bayramov Azərbaycanın Fələstin və İsrail arasında dialoq və sülh danışıqlarının tərəfdarı olduğunu deyib.

Azərbaycanın xarici işlər naziri iki ölkənin münasibətləri inkişaf etdirmək əzmində olduğunu və bunun üçün aktiv məsləhətləşmələr aparıldığını söyləyib. O, nazir müavinləri səviyyəsində tezliklə növbəti məsləhətləşmələrin keçiriləcəyi barədə məlumat verib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol