Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

12:20 - 30 Mart 2023 - GÜNDƏM

 Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

Azərbaycan xüsusi-xidmət orqanlarının İran kəşfiyyatına bağlı şəxslərə qarşı əməliyyat keçirdiyi barədə məlumat yayılıb.

BUTA.TV xəbər verir ki, Bakupost.az Neftçalada keçirlən xüsusi əməliyyat nəticəsində İlham və Ramil adlı iki nəfərin şübhəli şəxs qismində saxlanıldığı bildirilib. İlhamın qəssab olduğu, Ramilin isə Neftçalada "Xalqbank"da çalışdığı iddia edilir.

“Mouze" Teleqram kanalı isə Şeyx İmran Ələsgərov, Alik Aslanov və Nicat Ağayev adlı İran xüsusi xidmət orqanlarına bağlı olan şəxslərin həbs edildiyini yazıb.

Qeyd edək ki, saxlanılanlarla bağlı rəsmi açıqlama yoxdur.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol