Bu gün Türkiyə Böyük Millət Məclisi Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini müzakirə edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə AKP-nin sədrinin müavini Yılmaz Tunç bildirib.
Qeyd edək ki, qanun layihəsi martın 23-də Türkiyə parlamentinin xarici əlaqələr komitəsi tərəfindən qəbul olunub.